Bakıda maşında güllələnən kriminal avtoritet bu məşhurun oğludur - İlginc gəlişmə

Bakıda maşında güllələnən kriminal avtoritet bu məşhurun oğludur - İlginc gəlişmə"Mübariz Budaqlını 3 maşın təqib edib" iddiası var; cinayət işinin yeni detalları...

Binəqədi rayonunda odlu silahdan açılan atəşlə öldürülən Mübariz Budaqlı məşhur riyaziyyatçının oğludur. Ziyalı ailəsində anadan olan Mübariz Budaqlı 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Bundan sonra özəl sektora üz tutub. Sonradan işləri alınmayıb, şərikləri ilə arasında anlaşılmazlıq yaranıb, barəsində dələduzluq maddəsi ilə axtarış başlanıb. Mübariz Budaqlı bu haqda xaricdə olarkən xəbər tutub. Bilib ki, onu hətta İnterpol xətti ilə axtarışa veriblər. Bakıya qayıdaraq məsələnin araşdırılması üçün istintaqla əməkdaşlıq edib. Bu da sonradan cinayət işinin rayon məhkəməsində baxılmasına yol açıb. Barəsində yol verdiyi xətalara görə yüngül cəza kəsilib.

Onun öldürülməsi ilə nəticələnən hadisəyə gəlincə isə belə xəbərlər var ki, Mübariz Budaqlı dost dediyi şəxslərin qurduğu oyunlara qurban gedib. Ona Rusiyadan zəng edən dostlarından biri Tərtərdən olan və Bakıda yaşayan tanışları ilə barışmaq istədiyini bildirib. Mübariz Budaqlıdan xahiş edib ki, onları barışdırsın. Mübariz Budaqlı da tərəfləri barışdırmaq üçün Taleh Cəlalovu arayıb. Onu barış üçün Taleh Cəlalovun qapısına göndərən dostunun ikili oyun oynamasından məlumatsız olub. Belə ki, Mübariz Budaqlıya "bizi barışdır" deyən dostu Taleh Cəlalova "adam göndərirəm, gəlib sənin dərsini verəcək" deyibmiş. Mübariz Budaqlı məsələdən bixəbər olduğuna görə rahat şəkildə Taleh Cəlalovun qapısına gedib, o, evdə olmadığından geri qayıdıb.

Mübariz Budaqlı ilə Taleh Cəlalovun qohumluq əlaqələri də var. Qeyd olunur ki, Mübariz Budaqlı Taleh Cəlalovun qapısından geri qayıdanda ona zəng gəlib, yerini xəbər alıblar. Binəqədi ərazisində olduğunu deyən Mübariz Budaqlı ünvanına ağır söyüşlər eşidib. Qarşılıqlı söyüşmə olub. Bundan sonrası isə kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində təqib ediblər. İlkin məlumatlarda 1 avtomobildən söhbət getdiyi bildirilirdi. Belə xəbərlər var ki, Mübariz Budaqlının olduğu maşını təqib edən 1 yox, 3 avtomobil olub. Təqib edən "BMW"dən Mübariz Budaqlının olduğu "Mercedes"ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, təqibçilərin sürücünü öldürmək niyyətləri olmayıb. Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynovun idarə etdiyi "BMW-745" markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi "Mercedes" markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini - Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş "İJ-16" markalı tüfəng götürülüb.

Belə iddialar da var ki, Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.

Cinayət işinin Bakı Şəhər Prokurorluğunda aparılması iş üzrə daha əhatəli əməliyyat-istintaq tədbirlərinin keçirilməsi zərurətinin ortada olduğunu deməyə əsas verir. Hazırda cinayətdə adı keçən hər kəsin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər gerçəkləşdirilir.

Mərhumun ailəsinin vəkili Ceyhun Yusifov deyir ki, Mübariz Budaqlı kriminal olmayıb: "Bir çox qaranlıq məsələlərlə bağlı istintaqa məlumat verilib. Ümid edirik ki, obyektiv araşdırma aparılacaq. Mübariz Budaqlı ziyalı ailənin övladıdır. Onun adının kriminal kimi hallandırılması doğru deyil. Ailəsi baş verən faciənin sarsıntısının təsirindən çıxa bilməyib. İstintaqın obyektivliyinə inanırıq".

musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1610   Tarix: 19 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24.04.2024 362
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 575
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 545
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1064
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 252
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 234
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 153
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

24.04.2024 275
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 554