Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq

Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq

2019-cu ilin 1 oktyabr tarixindən etibarən ölkədə pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu haqda Milli Məclisdəki (MM) mənbələrdən məlumat daxil olub.

Bildirilib ki, dövlət başçısının imzası və təqdimatı ilə parlamentə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi daxil olub.

Qanun layihəsi sabah - iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək və parlamentin 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.

Qanun layihəsi qəbul olunub imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2276 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər