Bakının mərkəzi küçəsində biabırçı mənzərə - VİDEO

Bakının mərkəzi küçəsində biabırçı mənzərə - VİDEO

Dünən axşam saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində - "Şamaxinka" adı ilə tanınan ərazidə qazılmış yolu su basıb.

BiG.AZ publika-ya istinadən xəbər verir ki, son günlərdə dəfələrlə qazıntı işləri görülmüş yolun (20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçələri istiqaməti) hərəkət hissəsində yararsız vəziyyətdə olan asfalt örtüyü axan su səbəbindən daha da yararsız vəziyyətə düşüb. Ərazidən nəqliyyat vasitələrinin və piyadaların keçməsi acınacaqlı mənzərə səbəbindən daha da çətinləşib.

Qeyd edək ki, xeyli vaxtdır ki, Moskva prospektində yerüstü piyada keçidinin tikintisi həyata keçirilir. Bununla yanaşı yaxınlıqdakı Asif Məhərrəmov küçəsində də əsaslı təmir işləri görülür.





Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 359 Tarix: 19.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər