Ölkə başçısı bu şəxsin maaşını 1020 manat artırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 22 yanvar tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, Mərkəzi Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilir:

"Sədr – 3060 manat;

Sədrin müavini – 2845 manat;

Katib – 2110 manat;

Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, buna qədər MSK-nın sədri 2040, müavini 1895, katib 1405, Komissiyanın üzvü isə 1280 manat əməkhaqqı alırdı.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3815 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər