Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI

Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC-ın dərc etdiyi sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.

Maaşları artırılanlar arasında dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də var.

Müvafiq sərəncama əsasən, onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2399 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər