Azərbaycanda məzunun intihar səbəbi: İmtahan yox, qumar imiş

Azərbaycanda məzunun intihar səbəbi: İmtahan yox, qumar imişSabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin məzunu Yusif Abbasovun intiharının yeni təfərrüatları məlum olub.

BiG.AZ unikal.org-a istinadən xəbər verir ki, Yusifin atası Şahid Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, oğlunun ali məktəbə qəbul imtahanlarında az bal topladığı üzündən intihar etdiyi barədə məlumat yayılsa da, oğlu qumarda pul uduzduğu üçün özünə qəsd edib: "Hazırda bu məsələni prokurorluq orqanı araşdırır. Amma oğlum ali məktəbə qəbul imtahanında az bal topladığına görə canına qıymayıb. Hadisəyə səbəb qumarda uduzduğu pul olub. Oğlum bu il 11-ci sinfi bitirib məzun olmuşdu. Sinif yoldaşları ilə birgə gəzintiyə getmək üçün pul yığıblar. Kənddə də kimsə oğlumun üstündə 360 manat pul olduğunu bilib. Onu və başqa bir sinif yoldaşını qumar oynamağa dəvət ediblər. Qumar oynayanlar da kənd uşaqları olublar. Mən bu hadisədən oğlum intihar etməzdən bir gün əvvəl xəbər tutmuşam. Dedi ki, pul borcum var, uşaqların yığdığı pulu xərcləmişəm. Soruşdum ki, nəyə xərcləmisən? Mənə qumara qoyduğunu demədi. Dedi, özümə əyin-baş, telefon almışam. Mən də başa saldım ki, əvvəl evdə deyərdin gərək... Bu gün də sinif yoldaşlarının yanında xəcalətli qalmazdın. Amma mən buna görə oğlumu çox danlamadım. Hadisədən bir gün öncə də sinif yoldaşları ilə yeyib-içiblər. Bilmirəm, orada pulu xərclədiyini deyəndə ona kim nə deyib. Ondan bir gün sonra bu iş başımıza gəldi".

Ş. Abbasov deyir ki, oğlu sahədə ot biçininə kömək edirmiş. Yusif deyibmiş ki, işləyib borcunu qaytaracaq: "Oğlumun intiharı ilə bağlı indi araşdırma aparılır. Amma daha balamı heç nə mənə geri qaytarmayacaq. Ona görə də kənddə də kimləsə pis olmaq istəmirəm. İstəmirəm ki, o biri övladlarıma da ziyan dəysin".

Xatırladaq ki, Yusif Abbasov iyunun 16-da yaşadıqların evin həyətində intihar edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3296   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 613
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 569
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 240
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 410
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 558
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 927
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 225
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 978
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 244