4 gün əvvəl faciəvi qəzada ölən qadının FOTOSU
Azərbaycanda qəzada ölən gənc qızın fotosu efirə göndərilib.
BiG.AZ xəbər verir ki, bunu ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib.
Aparıcı bildirib ki, bu foto sosial şəbəkədə paylaşılıb: "Bildirilir ki, 4 gün qabaq Xırdalanda dünyasını dəyişən qadının yaxınları axtarılır. Hadisədən 4 gün keçməsinə baxmayaraq ailəsindən bir xəbər yoxdur".
Bu fotonun evdən qaçan 22 yaşlı Nuranənin olduğu ehtimal edilir.
Nuranənin atası Ədalət fotodakı şəxsi qızına oxşatmadığını bildirib.
Aparıcı Nuranəyə oxşatmadığını söyləyib: "Amma hər ehtimal Ədalət bəy morqa gedib dəqiqləşdirməlidir. Əgər Nuranə deyilsə yəqin ki, yaxınları görürsə bizimlə əlaqə saxlasın".
Aysel Yusifqızı
BiG.Az


Xəbərlər Baxılıb: 4090 Tarix: 18 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş