Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - Video

Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - VideoQazaxıstanın Almata şəhərində Azərbaycan vətəndaşı, iki uşaq anası Bəturə Məmmədovanın cəsədi tapılıb.

Almatada gözəllik salonlarının birində kosmetoloq kimi çalışan Məmmədova mayın 27-si işdən evə qayıdarkən yoxa çıxıb.

Yaxınlarının sözlərinə görə, o, iş saatından sonra həyat yoldaşı ilə əlaqə saxlayaraq evə gəldiyini bildirib. Üzərində 20 min təngə məbləğində pul və bahalı zinət əşyaları olub. Adətən evə çatmaq üçün avtobus, daha sonra taksidən istifadə edən qadının evə gəlmədiyini görən ailə üzvləri polisə müraciət ediblər.

Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - VideoVə 3 həftə aparılan axtarışlardan sonra 40 yaşlı qadının cəsədi iyunun 15-də İliyskdan Karasay rayonuna gedən yoldakı Bereke qəsəbəsi yaxınlığında aşkarlanıb.

İlkin araşdırmalar zamanı cinayəti fərdi sərnişindaşıma ilə məşğul olan, Almatada yaşayan sürücü ilə arvadının törətdiyi məlum olub. Qeyd olunur ki, B. Məmmədova işdən çıxandan sonra həmin maşına minib.

Qazaxıstanda azərbaycanlı qadın tələyə salınaraq öldürüldü - VideoBelə ki, ər kirayəyə götürdüyü avtomobillə guya, taksi xidməti göstərmək adı altında potensial qurbanlar axtarırmış, arvadı isə özünü müştəri kimi qələmə verirmiş ki, qurban qurulmuş tələni hiss etməsin. Cütlük müştəri kimi maşına oturan Bəturənin üstündəki pulu və qızılları götürərək onu soyuqqanlı şəkildə 8 dəfə bıçaqlayıb qətlə yetirdikdən sonra Bereke qəsəbəsi yaxınlığında basdırıblar.

Hüquq-mühafizə orqanları hər iki şəxsi saxlayıb, onlar cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Bəturə Məmmədovanın cənazasi dəfn olunmaq üçün Bakıya göndərilib.

mənbə: qafqazinfo


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1444   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 814
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 563
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 71
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 263
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 375
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 595
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 274
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 188