Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Bakıda çoxmərtəbəli binada təhlükə - Kondisioner asılı vəziyyətdə qaldı

Bu gün Bakının Nizami rayonunda yanğın qeydə alınıb.

BiG.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə müraciət daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 872 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər