Boşanmış kişi ilə qaçan 15 yaşlı Günel POLİS BÖLMƏSİNƏ GƏTİRİLDİ - Şok faktlar

Boşanmış kişi ilə qaçan 15 yaşlı Günel POLİS BÖLMƏSİNƏ GƏTİRİLDİ - Şok faktlar

Boşanmış kişi ilə qaçan 15 yaşlı Günelin anası ona qarşı irəli sürülən iddiaları rədd edib.

BiG.AZ xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə bağlanan Mənsurə qızını qaçıran ailə ilə heç bir razılığa gəlmədiyini bildirib.

O qeyd edib ki, verilişdən çıxdıqdan sonra gecə saat 12-də mənə zəng gəldi: "Güneli polis bölməsinə gətirdilər. Qızım mənə dedi ki, neyləyirsən elə, onsuz da qayıtmayacağam. Bilmirəm neyləyim. Əlacsız qalmışam. Qızım mənimlə gəlmədi. Qonşular halımı görür".

Aparıcı isə onun yalan danışdığını iddia edib:

" Sən oğlana demisən ki, evi qızımın adına çevir. O isə bildirib ki, Günel azyaşlı olduğuna görə mümkün deyil. Mən göz yaşlarına inanmıram. Azyaşlının evləndirilməsi cinayətdir. Qarşı tərəf deyib ki, qızı evinə gətiririk, toy ilə çıxaracağıq. İstəyirsənsə səs yazmanı efirə verək".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2510 Tarix: 18.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər