Sumqayıtda toyda musiqi sifarişi üstündə kütləvi dava düşdü

Sumqayıtda toyda musiqi sifarişi üstündə kütləvi dava düşdüSumqayıtda toy məclislərinin birində kütləvi dava düşüb.

BiG.AZ APA-ya istinadla xəbər verir ki, toy məclislərinin birində mübahisə əlbəyaxa davaya çevrilib.

Belə ki, toy məclisində iştirak edən qız evinin qonşuları ilə qohumları arasında rəqs sifarişi üstündə yaranan mübahisə dava ilə nəticələnib.

Davanın qızışdığını görən restoran rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Tərəflər arasında yaranan dava polisin müdaxiləsi nəticəsində sakitləşdirilib.

Mübahisə tərəflərinə xəbərdarlıq edilib və bu kimi halların xoşagəlməz hal olduğu bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 343   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş