"Çinli istehsalçılara qadağa qoyulsa, 5G Avropaya 62 milyon dollar baha başa gələcək"

"Çinli istehsalçılara qadağa qoyulsa, 5G Avropaya 62 milyon dollar baha başa gələcək"Reuters agentliyinin Paris bürosu məlumat verir ki, hesablamalara əsasən, Çin firmalarından telekommunikasiya avadanlıqlarının alınmasına qoyulan qadağa yeni 5G şəbəkəsi quraşdıran Avropa ölkələri üçün 55 milyon avro (62 milyon dollar) baha başa gələrək layihənin fəaliyyətə başlama müddətini 18 ay ləngidəcək.

May ayında ABŞ hökumətinin Huawei telekommunikasiya şirkətinə qarşı çıxardığı qadağa qərarları bir sıra böyük şirkətlərin Çin firması ilə əlaqələri dayandırmağa gətirib çıxardı, hansı ki, Avropa ölkələrinə də analoji addımı atma təzyiqi edir.

Şirkət tərəfindən dəfələrlə təkzib edilsə də, rəsmi Vaşinqton iddia edir ki, Huawei şirkətinin texnologiyaları Pekin tərəfindən cəsusluq məqsədləri ilə istifadə edilə bilər.
ABŞ prezidenti Donald Tramp Adminstrasiyasının çıxardığı qadağa qərarı dünya ölkələrinin yeni nəsil mobil texnologiyaya, daha doğrusu, 5G şəbəkəsini işə salmağa hazırlaşdığı vaxta təsadüf etdi. Yeni texnologiya şəbəkə və avadanlıqların inşasına külli miqdarda yatırım tələb edir ki, bu da öz növbəsində ultrasürətli 5G mobil internet vədi verir.

Araşdırmalar 750 mobil operatoru əhatə edərək GSMA adlı lobbi telekommunikasiya təşkilatı tərəfindən aparılmışdır. GSMA təşkilatı həmçinin məhsulları Avropada geniş şəkildə istehlak və istifadə edilən Huawei şirkətinə qarşı qoyulan qadağadan da dolayı narahatlığını ifadə edib. Digər mənbələrin məlumatına görə isə Huawei bu lobbi təşkilatın əsas dəstəkçilərindəndir.
Bildirilir ki, 55 milyon avro qiymətləndirməsi Avropada 5G şəbəkəsinin quraşdırılması əsnasında, Huawei və digər Çin şirkəti ZTE məhsullarına tam qadağa qoyulduğu halda, tələb olunan ümumi xərclərə əsasən müəyyən edilib. Qeyd edək ki, bu iki Çin şirkəti Avropa İttifaqı ölkələri bazarında 40% -dən çox müştərək bazar payına sahibdir.
Hesabatda daha sonra bildirilir: "İsraf məbləğinin yarısı (əlavə xərclər) mobil təminat bazarı rəqabətində nəzərəçarpacaq qədər uducazaq Avropa provayderlərinə resursların əldə olunması üçün istifadə olunacaq".

Sözügedən hesabatda əlavə olaraq vurğulanan "Mobil operatorlar yeni şəbəkə işə düşməzdən öncə 5G tənzimləmələri üçün mövcud infrastrukturu dəyişməldirlər" fikrinə isə çox keçmədən Finlandiya telekommunikasiya istehsalçısı Nokia-dan təkzib cavabı gəldi.
"Biz texniki həll təklif edirik, hansında ki, 5G avadanlıqlarımızı başqa 4G istehsalçısı üzərindən yeniləyə bilərik. Bu, xərcləri bir qədər azaldaraq diler dəyişikliyini də asanlaşdıra bilər" deyə Erik Manqan bildirib.
Nokia rəsmiləri onu da qeyd ediblər ki, artıq onlar 5G şəbəkə sifarişi sayına görə Huawei-i geridə qoyub və Çin istehsalçısının bazardakı gələcək taleyini müzakirə edən Avropa ölkələri Nokia-nın təklif etdiyi 5G texnologiyasında maraqlıdır.
Hesabata görə, qadağalar avtomatik idarəetməli avtomobillərdən tutmuş, səhiyyə və logistika kimi müxtəlif sahələri əhatə edəcək 5G texnologiyasının işə düşməsini 18 ay müddətinə yubada bilər: "Bu qədər müddət yubanma 5G texnologiyasının işlənməsi üzrə Avropa ölkələri ilə ABŞ arasıdakı fərqi 2025-ci ilədək 15%-dən çox artıracaq".

Bu gecikmə halları həm də digər böyük texnologiya istehsalçıları olan Ericsson, Nokia, Samsung-un bazar tələbinin kəskin artması fonunda təminatda yaşaya biləcəkləri çətinliklər səbəbindən yarana bilər. Həmçinin mobil operatorların bir texniki avadanlıqlar paketindən digərinə keçmə zərurəti yaranan zaman da bu kimi gecikmələr yaşana bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 286   Tarix: 18 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523