"Prodüser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı"– VİDEO

"Prodüser efirdə Əli Mirəliyevin yalanını üzə çıxardı"– VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyevlə prodüsser Pənah Eldaroğlu arasında gərginlik yaşanıb.

Prodüser Əli Mirəliyevin ifa etdiyi “Yaman darıxmışam” adlı mahnının əsl məllifinin Alim Məmmədli olduğunu deyib:

“İfa etdiyiniz mahnının bəstəkarı sizin tələbəniz, Alim Məmmədlidir. Sözügedən mahnının klipini mən çəkmişəm, tarixçəsin əla bilirəm. Alim utancaqdır. Belə şeyləri deməyə çəkinir. Alimlə telefonla əlaqə saxlayıb öyrənə bilərik”.

Əli Mirəliyev isə etiraz edərək mahnının musiqisinin ona aid olduğunu deyib:

“Alim mənim tələbəmdir. Mən onu elə etdim ki, o, tanınsın. Musiqisi mənimdir.Söz və musiqisini Alimlə birgə yazmışıq. Alimə zəng edin. O, mahnın mənim olduğunu sizə deyəcək”.

Daha sonra Alim Məmmədli ilə telefon bağlantısı yaradılıb. Müğənni də “Yaman darıxmışam” adlı mahnının özünə aid olduğunu bildirib:

“Mahının musiqisi və sözləri özümə aiddir. Anamla birgə yazmışıq. Əli Mirəliyev mənim müəlimimdir. Studiyada yazılan zaman yanımda olub. Birgə ifa etdik. Həmin mahnıya klipim də var. Əli Mirəliyevin adından istifadə edib məşhur olmağa ehtiyacım yoxdur”.




Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 895 Tarix: 17.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər