Tramp öskürən köməkçisini kabinetdən qovdu

Tramp öskürən köməkçisini kabinetdən qovdu

ABŞ Prezidenti Donald Tramp verdiyi müsahibə zamanı öskürən köməkçisini "Oval kabinet"dən (ABŞ Prezidentinin iş otağı - red.) qovub.

BiG.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat verir.

D.Tramp ABC telekanalının jurnalisti vergi bəyannamələri haqqında sual verərkən prezidentin köməkçisi öskürməyə başlayıb. Dövlət başçısı ondan otağı tərk etməsini və arxasınca qapını bağlamasını xahiş edib.

"Bunu sevmədiyimi bilirsiniz. Əgər öskürmək istəyirsinizsə, o zaman otağı tərk edin. Siz ümumiyyətlə öskürə bilməzsiniz".

“Gəlin, yenidən yazaq, köməkçim cavabımın ortasında öskürməyə başladı axı”, - deyə D.Tramp köməkçisinin otağı tərk etməsindən sonra bildirib.

ABŞ Prezidentinin bu addımı jurnalisti təəccübləndirib.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 696 Tarix: 17.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər