Aparıcı İlkin tənqidi süjetinə görə ATV-də işdən çıxarılıb? - ÖZÜ AÇIQLAMA YAYDI

Aparıcı İlkin tənqidi süjetinə görə ATV-də işdən çıxarılıb? - ÖZÜ AÇIQLAMA YAYDI

Son günlərdə sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilovun tənqidi süjetinə görə təzyiqlərə məruz qaldığı və işdən xaric edilməsinə dair xəbərlər yayılıb.

BiG.AZ xəbər verir ki, aparıcı bu haqda açıqlama yayıb. O bildirib ki, ATV-dəki işinə davam edir:

"Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm. Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4055 Tarix: 17.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər