Monika Belluççinin 14 yaşlı qızının şəkilləri yayıldı

Monika Belluççinin 14 yaşlı qızının şəkilləri yayıldıDünya şöhrətli aktrisa Monika Belluççi ilə aktyor Vensan Kasselin 14 yaşlı qızı Deva Kassel moda həftəsində bütün diqqətləri öz üzərinə toplayıb.

Ulduz cütlüyün qızı Milan Moda həftəsində "Dolce & Gabbana"nın kişi yaz-yay kolleksiyasının dəfiləsində iştirak edib. Bu, bir neçə ay əvvəl özünü model kimi sınayan Devanın ilk çıxışı olub.

O, dəfiləyə sözügedən moda evinin geyimlərində gəlib. Deva nümayiş üçün qara dar şalvar, atlas pencək və qırmızı krujeva top seçib. Saçlarını açıq qoyan model obrazını "Dolce & Gabbana"nın məşhur çantası ilə tamamlayıb.

Qeyd edək ki, Deva aprel ayında italyan moda evinin yeni ətrinin reklamında çəkilərək onun siması olmuşdu.

mənbə: publika

Monika Belluççinin 14 yaşlı qızının şəkilləri yayıldıMonika Belluççinin 14 yaşlı qızının şəkilləri yayıldı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2655   Tarix: 17 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş