Azərbaycanda mikroavtobus aşıb, xəsarət alan var

Azərbaycanda mikroavtobus aşıb, xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər - 19 yaşlı Qələndər İbrahimov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda 10-a yaxın sərnişin olub.

Faktla bağlı araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 276 Tarix: 17.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər