Dəhşət! Azərbaycanlı tanınmışın oğlu vəhşicəsinə öldürüldü: 1 MANATA GÖRƏ

Dəhşət! Azərbaycanlı tanınmışın oğlu vəhşicəsinə öldürüldü: 1 MANATA GÖRƏ
Gəncə şəhərində qətl hadisəsi törədilib.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bildirilir ki, E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Davanın digər iştirakçısının da ağır yaralandığı və xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8561 Tarix: 16.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər