İlqar Muradov: "Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir" - VİDEO

İlqar Muradov: "Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir" - VİDEO
Dünyanın heç bir yerində mədəniyyətə və incəsənətə bu qədər dəyər, önəm verilmir. Prezident İlham Əliyevin siyasətinin özəlliklərindən biri də budur. Dövlət başçısı cəmiyyətin bütün sahələri ilə yanaşı, mədəniyyətə də həmişə diqqət göstərir. Azərbaycanda sənət adamları həm maddi, həm mənəvi qayğı ilə əhatə olunublar.

BiG.AZ xəbər verir ki, dövlətin bu sahəyə verdiyi önəmdən danışan müğənni, yenicə Xalq artisti adına layiq görülən İlqar Muradov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə müsahibəsində fəxri ada layiq görüldüyü üçün ölkə Prezidentinə təşəkkürünü bildirib:

"Mən çox xoşbəxtəm. Çünki doğrudan da xalqın məhəbbətini qazanmışam, mənim ən böyük var-dövlətim odur. İnsanların münasibəti, dövlətimizin qayğısı, münasibəti çox şərəfli, məsuliyyətli, fərəhli və qürurlu bir hissdir. Bundan sonra da mən həmişə xalqımıza, dövlətimizə xidmət edəcəyəm, musiqimizin daha geniş təbliğinə çalışacağam. Heç bir ölkədə bizdəki qədər incəsənətə qayğı göstərilmir. Heydər Əliyev Fondu tərəfindən göstərilən qayğı ən yüksək səviyyədədir. Siz görürsünüz ki, bizim milli musiqimiz dünyada hansı səviyyədə təbliğ olunur. Mən bir daha fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm.

İnanın səmimiyyətimə, 7-8 gün Azərbaycanda olmamışdım. Qayıtdım və dönə-dönə dedim ki, qurban olum ölkəmizə, dövlətimizə ki, bizim üçün belə şərait yaradıb. Bizdə olan bu azadlıq, rahatlıq, inkişaf, gözəllik harda var? Ölkəmizə turist kimi gələn yenə gəlmək istəyir. Bu azadlığı, dövləti hər birimiz sevməli, qorumalıyıq".

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 234 Tarix: 13.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol