"KamAZ" dərəyə aşdı: ölən və xəsarət alanlar var

"KamAZ" dərəyə aşdı: ölən və xəsarət alanlar var

İyunun 12-də saat 13 radələrində Yardımlı rayonunun Horonu kəndinin otlaq sahəsində Köryədi kənd sakini C.Əbişov idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, nəticədə sərnişinlərindən Arvana kənd sakini Namiq Həsənov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 394 Tarix: 13.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər