Çimərliklər pulsuz olmalıdır - RƏSMİ

Çimərliklər pulsuz olmalıdır - RƏSMİ

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb.

BiG.AZ oxu.az-a istinadla xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək:

"Çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmətlərin keyfiyyətini müəyyən etməyi istəyirik. Monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olmalıdır. Hazırda vəziyyəti araşdırırıq".

K.Quluzadə qeyd edib ki, yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələri təqdim olunacaq:

"Monitorinqin nəticələrindın asılı olaraq təklifləri hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik. Dünya praktikasında çimərliklər ictimaidir və bizdə də belə olmalıdır. Bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Hansısa şirkət xidmət göstərmək istəyərsə, xidmət haqqı ala bilər".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 421 Tarix: 13.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər