Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiBu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "www.LOBBI.az informasiya portalının hazırlanması" layihəsinin ilk təqdimatı edib. Təqdimatda millət vəkilləri, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmisi, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri,QHT, media rəhbərləri və gənclər iştirak ediblər.

LOQOS PNİM-in konfrans zalında baş tutan təqdimatı mərkəzin rəhbəri Təranə Məmmədova açaraq qonaqları salamladı. T.Məmmədova LOBBİ.az saytının ölkəmizdə aparılan uğurlu diaspor siyasətinə mühüm tövhə olacağını qeyd etdi.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov çıxış edərək layihə haqqında geniş məlumat verdi: "Bizim təşkilatımızın əsas strateji profillərindən biri də diaspor siyasətidir. ASGA-nın bu gün Rusiyada, Ukryanda, Polşada və Belarusda nümayəndəlikləri fəaliyyət göstərir. Bu mənada biz dünya azərbaycanlılarının ilk lobbi informasiya mərkəzinin yaradılmasını zəruri hesab etdik. Əminəm ki, bu mərkəz qısa zaman kəsiyində dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımıza lazımi informasiya dəstəyini göstərə biləcək. Bizə dəstək olduğuna görə Şura rəhbərliyinə və katibliyinə dərin təşəkkürümü bildirirəm".

Daha sonra millət vəkili Elşən Musayev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. E.Musayev müasir dünya çağırışlarına adekvat olaraq belə informasiya mərkəzlərinin yaradılmasının zəruri olduğunu bildirdi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf isə çıxışında Şuranın diaspor istiqamətində gördüyü işlərdən danışdı. Şuranın yarandığı gündən bu sahəyə xüsusi önəm verdiyini deyən N.Xələf bu kimi layihələrin xüsusi olaraq dəstəkləndiyini dedi.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cahid İsmayıloğlu çıxış edərək lobbiçiliyinin inkişafında innovativ alətlərin tətbiqinin vacib olduğunu dedi. C.İsmayıloğlu Komitənin son dönəmlər həyata keçirdiyi uğurlu siyasətdən, layihələrdən və gələcəkdə nəzərdə tutulan proqramlardan danışdı.

AKTOR.az saytının təsisçisi, telejurnalist Telman İsa isə çıxışında dünya azərbaycanlılarının informasiya təminatına tövhə verəcək istənilən təklifin diaspor siyasətinə müsbət təsir edəcəyini dedi.

Daha sonra Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili çıxış edərək rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışdı. T.Allahverdili diaspor sahəsində yaradılacaq saytların ölkəmizin milli maraqlarına xidmət etməsinin vacibliyindən danışdı.

Azxeber.com saytının baş direktoru Əfsələddin Ağalarov isə çıxışında müasir dünyanı öz cənginə alan informasiya müharibəsindən danışdı. Bütün sahələrdə olduğu kimi diaspor sahəsində də yeni resursların yaradılmasını vacib hesab edən Ə.Ağalarov LOBBİ.az saytının bu istiqamətdə mühüm işlər görəcəyinə əmin olduğunu dedi.

Tədbirin sonunda LOBBİ.az saytı iştirakçılara təqdim edildi.

ASGA informasiya mərkəzi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdiAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası Şuranın dəstəyi ilə yaratdığı LOBBİ.az saytını təqdim etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 329   Tarix: 13 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 0
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 427
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 2
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 351
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 369
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 224
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 194
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 222