Atası tərəfindən qovulan Gülnarın həyat hekayəsi Zauru ağlatdı - FOTOLAR

Atası tərəfindən qovulan Gülnarın həyat hekayəsi Zauru ağlatdı - FOTOLAR
Atasının sahib çıxmadığı Gülnar rəhmətə gedən anasının rəfiqəsini axtarır.

BiG.AZ xəbər verir ki, Gülnar adlı qız "Bizimləsən"ə müraciət edərək anasının rəfiqəsi Qərənfil xanımı axtardığını bildirib. O bildirib ki, anası rəhmətə getməzdən əvvəl Qərənfil xanımla eyni binada yaşayıblar və yaxın rəfiqə olublar.

Böyrək çatışmazlığından əziyyət çəkən Gülnarın başına gələnlər hər kəsi və aparıcı Zauru kövrəldib:

"Atamla ikinci ailəsi 2015-ci ilin sentyabrında Rusiyadan gəldilər. 2016-cı ilin fevral ayında isə məni evdən çıxardılar. Atam dedi ki, sən xəstəsən, get, sənə dövlət baxsın. Səni boynumuza götürməmişik. Sonra bir az kirayədə, bir az xalamgildə qaldım. Atam ora da gəlib dalaşdı ki, baxmayın buna, qovdurdular məni. İndi başqa bir xalamla yataqxanada qalıram.

Atamla anamın aldığı evi satıb borcumuzu ödəmişəm. 12 min manat isə bank vasitəsilə atama yollamışam. Amma 5 il keçdiyi üçün bankda bu haqda sənəd artıq mövcud deyil. Buna görə də mən onu sübut edə bilmirəm. Hazırda atam məhkəmə vasitəsilə məndən 30 min manat və evin çıxarışını tələb edir. Məhkəmə pulu yarıya endirsə də, qərarla razı deyil və yenidən məni məhkəməyə verəcəyini deyir".

Atası tərəfindən qovulan Gülnarın həyat hekayəsi Zauru ağlatdı - FOTOLAR

Atası tərəfindən qovulan Gülnarın həyat hekayəsi Zauru ağlatdı - FOTOLAR

Atası tərəfindən qovulan Gülnarın həyat hekayəsi Zauru ağlatdı - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 773 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol