Evinin satışa çıxarıldığını qəzetdən öyrəndi

Evinin satışa çıxarıldığını qəzetdən öyrəndi
Rusiyanın Volqodonsk şəhərinin sakininin başına qəribə hadisə gəlib. Qəzet oxuyarkən mənzilinin satışa çıxarıldığından xəbər tutub.

Aleksandr Alekseyev dələduzluğun qurbanı olub. Təqaüdçünün təcili əməliyyat üçün pula böyük ehtiyacı yaranıb. Müraciət etdiyi bankların heç biri müsbət cavab verməyib. Yaşının çoxluğunu bəhanə gətiriblər. Onda fərdi kreditora ağız açmaq lazım gəlib. Vladimir Şirşikov təqaüdçüyə 120 min rubl (təxminən 2 min dollar) verməyə razı olub. Razılaşmaya görə, sənədləşmədən dərhal sonra məbləğin 20 mini kreditora verilməliydi. Amma Alekseyev 120 min rublun ildə 8 faizini də əlavə vəsait kimi Şirşikova ödəməliydi.

Təqaüdçü üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bir müddət sonra qızı vəfat edib. Bu zaman Şirşikovdan möhlət istəyib. Kreditor heç bir problem olmadığını, dəfn mərasimlərindən sonra hesablaşacaqlarını bildirib. Alekseyevin başı açılanda isə Şirşikovun yoxa çıxdığı məlum olub. Kreditorla əlaqə saxlamaq mümkünsüzə çevrilib.

Təqaüdçü qəzetdə elanı görən kimi hüquq-mühafizə orqanlarına müraciət edib. Şirşikov onun mənzilini 750 min rubla satmağı düşünürmüş. Məhkəmə qərar verəcək.

mənbə: bizimyol.info

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 561 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol