Anası öldü, atası onu evdən qovdu - 16 yaşlı Elvinin ACINACAQLI HƏYATI - FOTO

Anası öldü, atası onu evdən qovdu - 16 yaşlı Elvinin ACINACAQLI HƏYATI - FOTO

Azərbaycanda 16 yaşlı oğlan anası rəhmətə gedəndən sonra evdən çıxarılıb.

BiG.AZ xəbər verir ki, bu haqda Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan Elvin deyib.

O qeyd edib ki, atası Hüseynov Nizami Qurban oğlu anası öləndən sonra onu evdən qovub:"Martın 12-də anam dünyasını dəyişib. Anam öləndən sonra atam məni evdən qovub. O, qızılları satır. Məni də məcbur edir ki, deyim ki, qızılları xalan satır. Anamın ölümündə atam günahkardır. Atamın dediyini eləmədiyimə görə məni evdən qovub. 4 gündür ki, evdən çıxarılmışam. O ev də anamındır. Evi anama dayım alıb. Dayım da rəhmətə gedib. Bir bacım da var. Bacım xəstədi. İnkişafdan dayanıb".

Aysel Yusifqızı


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 638 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər