Tolikdən blogerə sərt cavab: "Cinsiyyətimi anana-bacına sübut edə bilərəm"

Tolikdən blogerə sərt cavab: "Cinsiyyətimi anana-bacına sübut edə bilərəm"
Almaniyada mühacir həyatı yaşayan videobloger Tural Sadıqlı sosial şəbəkədəki paylaşımında tanınmış aparıcı və prodüser Tarix Əliyevin (Tolik) ünvanına xoşagəlməz fikirlər səsləndirib.

O, Tolik haqda “cinsiyyəti bəlli olmayan insan” ifadəsini dilə gətirərək, onun apardığı “Hər şey daxil” verilişini bayağı və lazımsız adlandırıb.

Məsələylə bağlı Tarix Əliyev open.az-a açıqlama verib: “Mən Turalın neçə yaşının olduğunu bilmirəm. Onun neçə ildir xaricdə olduğunu da bilmirəm. Çünki Turalla heç maraqlanmıram. Ölkəsini satan, millətini satan, anasına-bacısına və namusuna yiyə dura bilməyən insan mənim haqqımda deyir ki, cinsiyyəti bəlli deyil. Tural özü burada yaşamasa da, bacısı ya qohum-əqrəbası ölkədə yaşayır. Cinsiyyətimi bilmək istəyirsənsə, onlardan biri qarşıma çıxsın və mən cinsiyyətimi sübut edim. Mən səndən və sənin kimilərdən 100 dəfə yaxşı kişiyəm. Ramazan bayramında 100 süpürgəçiyə 1500 manatlıq bayramlıq aparmışam, bir neçə ailənin uşaqlarını əməliyyat etdirmişəm. Mən xalqıma etdiyim yaxşılıqları sən Almaniyada etmisən? 5000 avrodan heç olmasa 500 avrosunu bu ölkədə hansısa kasıb bir ailəyə kömək etmisən?

Mən öz ölkəmdə lazım olanda millət vəkilindən də, baş həkimindən də rahat şəkildə sözümü demişəm. Sən kişilikdən bixəbər, xaricdə oturub ölkəmizi pisləyirsən. Bunun xaricdəki dostu öz bacısını polisə hədiyyə edən adamdır. Belə insana nə ad qoymaq olar? Bu insanların qeyrəti yoxdur. Tural kimi adamların dərdi xalq ya dövlət deyil. Bunlar pula satılmış itlərdir. Ayda 3-5 min avro pul qazanıb, dövlətini satanlardır. Deyirlər ki, Azərbaycanı sevirlər. Azərbaycanı sevən adam “Azərbaycan” sözünü ayağının altına qoyub gəzməz. Onların böyükləri əmr verirlər ki, bunlar belə danışsın. Əlli dəfə millət vəkillərimiz də gəlib, mən də gəlmişəm. Qeyrətiniz varsa, bu sözləri üzümə deyərsiniz. Bir dəfə də Ermənistan səfirliyinin qarşısında Xocalıyla bağlı bir plakat qaldırın. Erməni vəhşiliyini tənqid edin. Siz xaricdəki klounlarsınız ki, ölkəmizi gözdən salmaq istəyirsiniz, amma özünüz gözdən düşürsünüz. Bayram Nurlunun belə izləyicisi bunlardan çoxdur. Mən siyasi veriliş aparmıram, şou verilişinin aparıcısıyam. Siz müxalifətçilər mənim haqqımda danışa bilməzsiniz”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3755 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol