Hacı Surxay "Qaloş piri" barədə danışdı - AÇIQLAMA

Hacı Surxay "Qaloş piri" barədə danışdı - AÇIQLAMABelə inanclar xurafatdan başqa bir şey deyil. Din cəhalət kimi məsələləri qəbul etmir, - bunu anews.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri"nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.

"Ümumiyyətlə Azərbaycanda pir anlayışı var. Dövlət başçımız da pirlərə, müqəddəs yerlərə həm özü gedir, həm də onların bərpası üçün pul ayırır. Amma bəzi cəhalət məsələləri var ki, din onları qəbul etmir. İnanclar var, amma bu videodakı görüntü hər hansı bir inancla bağlı deyil. "Quran" elmə əsaslanır. Quranda Allah ilk kəlməni "oxu" əmri buyurursa deməli elmli olmaq önəmlidir. Bir qaloşun bədənimizə sürtüb şəfa istəməyimiz sadəcə cahillikdir. Əslində Azərbaycanda inanclara inanan insanlar çoxdur. Onlar hardasa bu cür inanclara inanmaqla mənfi auranı üzərlərindən götürmüş olurlar. Amma bunun islam dini ilə əlaqəsi yoxdur. Bu cür halların baş verməməsi üçün insanlar maariflənməlidir. Bir məsələni də qeyd edim ki, seyidlik anlayışı var. Allah buyurur ki, mənə vasitələrimlə yaxınlaşın. Peyğəmbərlər, imamlar, müqəddəs insanlar Allahın yer üzündəki nümayəndələridir. Seyidlik isə nəsildən-nəsilə keçir və bu yalnız atadan oğula keçə bilər", - deyə Hacı Surxay qeyd etdi.

Goranboy rayonunun Qurbanzadə kəndinin icra nümayəndəsi Mehman İbrahimov isə "Report"un Qərb böllgəsi üzrə mərkəzinə açıqlamasında deyib ki, həmin görüntülər ehsan zamanı çəkilib. "Həmin evdə Seyid Miribiş ağa yaşayıb. O, 1972-ci il iyunun 8-də dünyasını dəyişib və həmin ildən bəri övladları, sonra isə nəvələri ehsan süfrəsi açıb əhaliyə ehsan veriblər. O görüntülərə diqqətlə baxsaz görəcəksiz ki, heç bir qaloşdan söhbət getmir və bu kənddə "Qaloş piri" deyilən bir şey yoxdur. Sellofana bükülü olan isə seydin papağıdır. İnsanların o papağı toxunma istəkləri barədə isə heç nə deyə bilmərəm, bu, özlərinin seyidə olan inamlarıdır", deyə İbrahimov vurğulayıb.

Bir neçə gündür sosial şəbəkələrdə Goranboy rayon Qurbanzadə kəndində "Qaloş piri" nin olması barədə videogörüntü yayılıb. Həmin görüntünü diqqətinizə təqdim edirik:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1050   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467