"Azərbaycanda uşaqların kütləvi ölümü baş verə bilər" - SOS

"Azərbaycanda uşaqların kütləvi ölümü baş verə bilər" - SOSSon dövrlər valideynlərin peyvəndlərdən imtina etməsi halları çoxalmaqdadır.

Onlar bunu müxtəlif səbəblərlə izah edirlər. Bəziləri peyvəndin uşağına mənfi təsir edəcəyindən qorxur. Bir qism valideynlərsə peyvənddən sonra uşağında allergiya yaranması səbəbindən peyvənddən boyun qaçırır. Peyvəndlərlə bağlı bu qədər narazılıqlar nədən qaynaqlanır?

BiG.AZ xəbər verir ki, Pediatr Aytən İsmayılova News24.az-a müsahibəsində bu və digər suallara aydınlıq gətirib:

- Aytən xanım, peyvənddən imtina etmənin hansı fəsadları ola bilər?

- Peyvəndlər vurulmasa, uşaqların kütləvi ölümü ola bilər. Bizim ölkəmizdə bu, əsasən difteriya xəstəliyindən baş verə bilər. Çünki insanların qorxulu hesab etdikləri peyvənd məhz ağır xəstəlik olan difteriya, tetanus və göy öskürək əleyhinədir. Çox təəssüflər olsun ki, analar peyvəndlərin hansı səbəbdən vurulduğunu bilmirlər, kor-koranə imtina ərizəsi yazırlar.

- Hansı halda uşağa peyvənd vurula bilməz?

- Ümumiyyətlə, peyvəndin vurulmaması iki halda baş verə bilər. Ya həmin ölkədə peyvənd olmamalıdır, ya da uşağın buna ciddi əks göstərişi olmalıdır.
Peyvəndin əks göstərişləri çox azdır. Əsasən ağır nevroloji xəstəliklər, serebral iflic və hidrosefaliya zamanı peyvəndə icazə verilmir. Xəstəliyi ağır dərəcədə olan uşaqlar toplum içinə çox çıxarılmır. Buna görə də, onların yoluxma risqi də azdır. Onsuz da onların immun sistemi zəifdir, belə uşaqlara yüksək hərarət olmaz. Yüngül dərəcələrdə isə nevroloqla məsləhətləşib peyvənd etmək olar.

Amma ümumiyyətlə, valideynlər indi min bəhanə gətirib uşaqlarını peyvənddən yayındırırlar. Bir çoxu uşağının allergiyasını əsas gətirirlər. Əslində peyvənd uşağın immun sistemi ilə bağlıdır. Əgər uşaq xəstə deyilsə, peyvənd oluna bilər. Son iki həftə ərzində uşaqda hərarət olmayıbsa, peyvənd etmək olar. Əgər uşaqda yüngül zökəm varsa, yenə də bu mümkündür.

- Valideynlər peyvəndələrin adını bilsə də, çox vaxt hansı xəstəliklərə qarşı vurulduğundan xəbərsizdirlər

- Səhiyyə Nazirliyinin bizə təqdim etdiyi peyvənd cədvəlinə görə, bunlar 11 xəstəlikdən qorunmaq üçündür. İlk üç peyvənd doğum evində vurulur. Bunlar vərəm, poliemelit, hepatit B əleyhinədir. Bundan sonra uşağın ikinci ayından başlayaraq 2-3-4 aylarında ardıcıl olaraq 6 peyvənd vurulur, bunlar da AGP- göy öskürək, difteriya, tetanus əleyhinə olanlardır. Bununla da, əsas peyvəndlər bitir. Bundan sonra revaksinasiyalar başlayır. Amma bu müddət ərzində uşaqlara həm də poliemelit damcısı verilir. Özəl klinikalarda poliemelitin bir ayda 7 iynəsi vurulur, dövlət poliklinikalarında damcı formasında verilir. Poliklinikalarda açıq poliemelit ocaqları aşkar edildiyinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub ki, damcı formasında verilsin. Poliemelit ciddi iflic xəstəliyidir və onurğanın ön buynuzları zədələnir, uşaqda iflic törədir. Aşağı ətraflar-ayaqlar işləmir. Uşaq arabada oturmağa məcbur olur. İnsanlar bəzən buna adi - damcı peyvəndi kimi yanaşırlar, əslindəsə deməlidirlər ki, "iflic peyvəndi"ni elətdirdik. Daha vacib peyvəndlər uşağın yaş yarımında vurulur ki, bunlar da peyvəndlərin revaksinasiyasıdır. 6 və 1 yaşında vurulanlar qızılca, parotik, məxmirək əleyhinə peyvəndlərdir. 6 yaşında artıq peyvəndləmə bitir. Eyni zamanda, rotavirus və suçiçəyi əleyhinə peyvəndlər də var ki, bunlar artıq icbari deyil.

- Son dövrlər uşaqlar arasında rotavirus-qarın işləmə, qusma halları geniş yayılıb. Buna qarşı peyvəndlər vurulmalıdırmı?

- Rotavirus əleyhinə olan peyvəndlər risq qrupuna daxil olan uşaqlara edilir. Çünki təkrar xəstələnmələr baş verir, bunu o vaxt edirik ki, uşaq ağır xəstədir, bir dəfə də rotavirusa yoluxsa, fəsad yarada bilər. Normal uşağın rotavirus tutması böyük faciə deyil. Qusur, qarnı gedir, hərarəti qalxır, tibbi müdaxilədən sonra düzəlir. Uşaqlar böyüdükcə rotavirusa tutulmurlar.

- AGP peyvəndi uşağa üç dəfə vurulur. Əgər birincidən sonra uşaq allergiya olursa, peyvəndləmə dayandırılmalıdırmı?

- Peyvənddən sonra xırda səpkilər əmələ gələ bilir. Uşaq şok keçirməyibsə, demək, ikinci peyvəndin vurulması üçün əks göstəriş yoxdur.

- Bəzi valideynlər dövlət poliklinikalarında deyil, özəl klinikalarda peyvənd vurdurmağa üstünlük verirlər. Səbəb olaraq bildirirlər ki, dövlət poliklinikalarında Hindistan, Pakistandan gətirilən peyvəndlər vurulur ki, bunlar da keyfiyyətsiz, həm də təhlükəlidir. Amma özəl klinikalarda Fransa, Almaniya və digər inkişaf etmiş ölkələrin peyvəndələri vurulur. Eyni zamanda özəl klinikalardakı peyvəndlərin qiyməti 100 manata və daha bahadır. Peyvəndlər arasındakı bu fərq nədən qaynaqlanır?

- Peyvəndin mənfi və ya müsbət effekt verib-vermədiyini valideyn müəyyən edə bilməz. Peyvəndin effekti epidemiyanın yayılıb-yayılmaması ilə ölçülür. Əgər ölkəyə gətirilən və poliklinikalara paylanılan peyvəndlər keyfiyyətsiz olsaydı, uşaqlar bu gün həmin peyvəndin qoruduğu xəstəliklərdən əziyyət çəkərdilər. Bəli, bu gün qızılca, göy öskürək kimi xəstəliklər yayılır. Amma bu, ölkəyə gətirilən peyvəndlərin keyfiyyətsizliyi ilə yox, valideynlərin uşaqlarını peyvənd etdirməməkdən boyun qaçırmaları ilə bağlıdır. Cünki araşdırma zamanı xəstələnən uşaqların əksəriyyətinin peyvənd olunmadığı üzə çıxır. Bunun da günahının 50 faizi poliklinika həkimlərinin üzərinə düşür. Çünki onlar valideynlərin imtina ərizəsi yazmasına razılıq verirlər. O ki qaldı, Hindistan və digər ölkə peyvəndlərinin müqayisəsinə, heç bir ölkə özbaşına, Ümümdünya Səhiyyə Təşkilatının nəzarəti və tapşırığı olmadan peyvənd istehsal etmir. Bunların istehsal texnologiyası, resepti eynidir. Fərqlilik zavodların yerləşdiyi yerə görə ola bilər. Bu hansısa hindistanlının kəşfi, yaxud istehsalı deyil. Sabah o zavod bizim ölkədə də fəaliyyət göstərə bilər.

Zavodların müxtəlif ölkələrdə yerləşməsi bu qaydanı pozmur. Bütün peyvəndlər mərkəzləşdirilmiş şəkildə idarə olunur. İstehsalçı ölkənin hansı olması onun keyfiyyətinə dəlalət eləmir. Özəl klinikalar insanların maarifsizliyindən sui-istifadə edib, pul qazanırlar.

- Ara-sıra hansısa uşağın peyvənddən ölməsi ilə bağlı məlumatları oxuyuruq. Peyvənddən ölüm ola bilərmi?

- Öncə bu haqda yayılan məlumatı araşdırmaq lazımdır. Əgər bunu uşağın anası deyirsə, bu müzakirə mövzusu ola bilməz. Bu, başqa səbəbdən də ola bilər, hər hansı dərman preparatı, tutaq ki, dimedrol uşağa şok verə bilər. Yəni hər bir dərmanın şok vermə ehtimalı var, bu, peyvəndlərə də aiddir. Amma bu, hər dəfə baş vermir. Peyvəndlərin tətbiqi kütləvi qorumaq məqsədi daşıyır. Ona görə bundan imtina etmək olmaz. Ümumiyyətlə, peyvənd vurulandan sonra hərarət yüngül formada ola bilər. Hərarətdən qıcolma baş verirsə, bundan ölüm baş verməyəcək. Hərarətdən qıcolma istənilən virus xəstəliyində də yarana bilər. Peyvəndən sonra səpgi yarana, iynə vurulan nahiyə ağrıya bilər. Uşaq çox ağlayıb narahat ola bilər. Məsələn, qızılca peyvəndindən sonra 3 həftə ərzində həmin xəstəliyin yüngül əlamətləri görünür. Amma bunun əvəzində uşaq immunitet əldə etmiş olur. Bu, elə də qorxulu hal deyil.

Bir də bütün peyvəndlər içərisində hepatit B-peyvəndinin vurulması çox önəmlidir. Tetanus əleyhinə olan peyvənd haqqında isə insanların bilgisi azdır. Bizdə uşağın ayağına mıx batanda hamı təlaşla onu axtarır ki, görsün, paslıdır ya yox. Amma bilmirlər ki, axtardıqları nədir. Bu peyvənd odur ki, uşaqların ayağına paslı iynə də batsa, narahat olmağa əsas yoxdur, çünki peyvənd vurulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2255   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 100
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 185
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 298
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

18:01 46
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 412
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 321
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 237
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 473
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 263