"Üç il nişanlı, 7 il ailəli oldum, elə bilirlər ki..." -azərbaycanlı ifaçı

"Üç il nişanlı, 7 il ailəli oldum, elə bilirlər ki..." -azərbaycanlı ifaçı

"Sevgidoluyam, çox gözəl sevə bilirəm. Əgər sevirəmsə, sevəcəm. O hissi məndə yaratmaq lazımdır. Amma sevməsəm, milyard olsa da, xeyri yoxdur".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Lətifə Soyuöz "Şou news"a açıqlamasında deyib. Sevgidən söz açan müğənni boşanmasından bəhs edib:

"Sevgimi göstərməyi bacarıram. Kiməsə gözəl sevgi yaşadaram. Hələ məni arxayın edib, onu yaşadan yoxdur. Evlilik təklifləri çox olur. Amma qorxuram. Hər şeyi çox ölçüb-biçirəm. Elə bilirlər ki, biz ailə qururuq övlad olsun, dağıdaq. Əsla belə deyil. Üç il nişanlı qalmışam, 7 il ailəli oldum. Mənim üçün ailə dəyərlidir. Ailəmi qurban vermədim.

İnsanlar ayrılıq səbəbini bilmir. Mənim pis vaxtımda ayaqda saxlayan, depresiyadan çıxaran səhnə oldu. Başa düşdüm ki, 10 illik əziyyətini yerə çırpa bilərlər".



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3274 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər