"Dərslərin iyunun 14-dək davam etməsi şagirdlər üçün təhlükəlidir" - ARAŞDIRMA

"Dərslərin iyunun 14-dək davam etməsi şagirdlər üçün təhlükəlidir" - ARAŞDIRMAAzərbaycanda orta ümumtəhsil məktəblərində tədris ilinin iyunun 14-dək davam etməsi bu il də bir çox valideyn və şagirdlərin narazılığına səbəb olub.

"Report"un xəbərinə görə, bəzi valideynlər isti havada övladlarının məktəbə getməsini onların sağlamlığı üçün təhlükəli olduğunu, bəziləri mayın sonundan etibarən məktəblərdə dərs keçirilmədiyini, hətta dərsliklərin şagirdlərdən yığıldığını iddia edirlər.

Məsələn, "Report"a danışan valideynlərdən biri mayın ortalarından Nəsimi rayonunda yerləşən 19 nömrəli tam orta məktəbdə təhsil alan övladlarından dərsliklərin yığıldığını və onlara bir neçə mövzunu öyrənmək üçün vərəqlər paylandığını bildirib.

Övladları Sumqayıt şəhər 34 saylı tam orta məktəbin 5 və 7-ci siniflərində təhsil alan valideyn isə bildirib ki, şagirdlər dərslərdə iştirak edir, kitabları isə hələ yığılmayıb.

Yeri gəlmişkən, tədris ilinin başlama və bitmə vaxtı Nazirlər Kabinetinin (NK) qərarı ilə tənzimlənir. Belə ki, NK-nın 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015-ci ildən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərarla dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb. Buna qədər isə orta məktəblərdə dərslər sentyabrın 15-də başlayıb mayın 31-də bitirdi.

Məsələ ilə bağlı psixoloq Kəmalə Baxış "Report"a bildirib ki, müvafiq qərarla dərslər iyunun 14-dək davam etməli olsa da, şagirdlər dərslərə dərsliksiz gedirlər: "Kitablar uşaqlardan yığılıb, proqramlarda keçiriləcək dərslər də bitib. Artıq keçməyə heç nə qalmayıb. Dərslərin iyunun 14-dək uzadılması həm psixoloji, həm də təlim baxımdan şagirdlərə böyük təzyiqdir. Çünki uşaqlar yorulub. Belə isti havalar xüsusilə də, günün ikinci yarısında təhsil alan şagirdlər üçün çox təhlükəlidir".

Psixoloq məsələyə təkrar baxılmasının vacib olduğunu bildirib: "Məktəblər əvvəlki kimi mayın sonunda bağlanmalıdır. Psixoloji baxımdan yay ayları başlayan kimi uşaqlar emosional olur və özlərini sərbəst hiss edirlər. Belə olan halda onlara nəsə öyrətmək, nəyəsə cavab verməsini tələb etmək düzgün deyil".

Təhsil eksperti Kamran Əsədov isə "Report"a bildirib ki, Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, nə vaxt sona çatması elə də önəmli məsələ deyil: "Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədrisin kefiyyətinin aşağı olmasına qədər xeyli həlli vacib problemlər var. Hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir deyil, heç iki dərs ili də çatmaz".

Ekspert dərsləri iyunun 14-nə qədər uzatmaq üçün ölkənin orta ümumtəhsil müəsissələrində şəraitin olmadığını da qeyd edib:

"Çünki məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. Hesab edirəm ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası var, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var".

"Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç biri dərslərə sentyabrın 15-də başlamır. Hamıda sentyabrın 1-də başlayır, mayın 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var, həftədə iki-üç dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə bir dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz", - ekspert bildirib.

Bu yazı hazırlanan zaman məsələyə Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Lakin tədris ilinin iyunun 14-dək davam etməsinə ötən il Təhsil naziri Ceyhun Bayramov münasibət açıqlayıb. Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda dərs ili müddəti iki həftə uzadıldıqdan sonra hazırlanan dərsliklərin, müəllimlər üçün metodiki vəsaitlərin hamısı 34 dərs həftəsi üçün hesablanıb: "Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu həmin müddətdən əvvəl hazırlanan dərsliklərlə bağlı xüsusi tövsiyələr hazırlayıb. Bütün rayon təhsil şöbələrinə, məktəblərə də dərs materiallarının həmin tövsiyələr əsasında 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar verilib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 12 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198