13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki... - FOTO

13 yaşlı oğlan elə bir orqanında diş çıxardı ki... - FOTO

Moskvanın Morozovski xəstəxanasında tibbdə nadir hallarda rastlanan bir vəziyyətə şahid olublar.

Sən demə, xərçəng şübhəsi ilə xəstəxanaya aparılan 13 yaşlı uşağın xayalığında hiss etdiyi bərk şiş diş imiş. Həkimlərin ümumi rəyinə görə, bu aşağı arxa dişlərdən biri olub.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, 13 yaşlı oğlan bədənində ağrımayan, lakin hiss olunacaq dərəcədə möhkəm olan kütləni özü aşkarladıqdan sonra ailəsi mütəxəssislərə müraciət edib.

Həkimlər öncə xərçəng şişinin yaranmasından şübhələniblər. Lakin araşdırmalar və təhlillər onkoloji şişin olmasını istisna edib.
Yad cismin bədəndən xaric edilməsi üzrə aparılan əməliyyat zamanı uşağın xayasından görünüşünə görə adi dişdən fərqlənməyən diş çıxarılıb. Tibb elmində bu hal teratoma termini ilə tanınır.

Morozovski uşaq xəstəxanasının baş həkimi İqor Koltunovun fikrinə görə, dişin bu şəkildə yerləşməsinə embrion səviyyəsində yaranmış xəstəlik səbəb olub. Yəni anomaliyanın əsası hələ ana bətnində qoyulub.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1692 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol