Xoşqədəm Hidayətqızı təhdid olunur: "Məlumat ötürüb ki, məni ortadan götürəcək"

Xoşqədəm Hidayətqızı təhdid olunur: "Məlumat ötürüb ki, məni ortadan götürəcək"

Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişində aparıcı Xoşqədəm Hidayətqızı təhdid olunduğunu bildirib.

BiG.AZ xəbər verir ki, aparıcı qeyd edib ki, ona "Xoşqədəm xanım, bu məsələlərə qarışma" kimi təhdid dolu mesajlar göndərilir:

"Tverdə Əfsanənin atasını və onun ögey ana və qardaşını yoxa çıxardan İntizam məlumat ötürüb ki, məni də ortadan götürəcək. Götürsün. Canı sağ olsun. Təki Allah məni ortadan götürməsin. Bəndəyə eybi yox. Bəlkə də çoxları məni ortadan qaldırmaq istəyir. İntizam Tverdə öldürdükləri ilə bağlı qəbiristanlıq salıb. İntizam xəbər yaydırıb ki, guya həbs olunub. Keçmişində ləkə olan utanar. Allah heç bir ataya, anaya qızının çılpaq şəkilləri ilə, evli kişilərlə münasibətini nəsib etməsin. Düzdür, bunu bəziləri fəxrlə deyir ki, qızım filan zəngin kişinin sevgilisidir. Ola bilər mən keçmişdə qalmışam".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 833 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər