Məşhur azərbaycanlı aktyorun atası deputat olubmuş - Foto

Məşhur azərbaycanlı aktyorun atası deputat olubmuş - Foto

Tanınmış aktyor Elməddin Cəfərovun atası deputat oub.

BiG.AZ xəbər verir ki, bunu aktyor qonaq olduğu "Şou Atv" proqramında həyatı barədə danışarkən bildirib. O, yaşadığı çətinlik barədə danışib:

"Bəzi yaşlarımızda keçə bilmədiyimiz problemlərlə qarşılaşırıq. Onların həlli mümkünsüz görünür. Amma nə yaxşı ki, mənim həyatımda o problemlər olub. Olanları bir-bir sadalamaq istəmirəm. Evimin əlimdən çıxmasına səbəb, eyni evi mənlə birlikdə bir neçə adama satmaları olmuşdu. 74 mənzili 200 nəfərə satmışdılar. O evi də kirayədə qaldığım vaxt hər ay maaşımdan pul yığıb almışdım. Axırda bildim ki, sən demə, evim yoxdur".

Aparıcı Nanə Ağamalıyevanın ailəsi barədə verdiyi suala cavab olaraq aktyor bildirib ki, atası vəzifəli şəxs olub:

"Atam Misir Cəfərov SSRİ-nin vaxtında deputat olub. Əlbəttə ki, imkanı da pis olmayıb. Sonra müharibə oldu və s. Düzdür, lap da kasıblamadıq. Amma atam və əmilərim müharibəyə gedəndən sonra bir az çətin dövr başladı. Evin qazananı yox idi deyə, getdikcə maddi durumumuz aşağı düşdü".

Məşhur azərbaycanlı aktyorun atası deputat olubmuş - Foto


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 562 Tarix: 12.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər