Ronaldu xəstə uşağa görə millinin avtobusunu saxlatdırdı - VİDEO

Ronaldu xəstə uşağa görə millinin avtobusunu saxlatdırdı - VİDEO

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu azyaşlı azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu saxlatdırıb.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, bu, Portuqaliya yığmasının Millətlər Liqasının finalından öncə keçirdiyi məşqdən sonra olub.

Leykemiya xəstəliyindən əziyyət çəkən 11 yaşlı uşaq əlində "Kriştianu Ronaldu, qucaqla məni" sözləri yazılan plakatla yolun kənarında Portuqaliya millisinin avtobusunu gözləyib.

Uşağı görən Ronaldu sürücüdən avtobusu saxlatdırmağı istəyib və uşağın xahişini yerinə yetirib.



Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 559 Tarix: 10.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol