İsa peyğəmbər nə öldürüldü, nə də çarmıxa çəkildi

İsa peyğəmbər nə öldürüldü, nə də çarmıxa çəkildiMənbə: http://zikr.az

Uca Allah buyurur: "Kitab əhli səndən, onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: "Allahı bizə açıq-aşkar göstər!"– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik. Biz onlarla bağladığımız əhdə görə dağı başları üzərinə qaldırdıq və onlara: "Qapıdan səcdə edərək daxil olun!"– dedik. Biz onlara: "Şənbə günü üçün qoyulmuş qadağanı pozmayın!"– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq. Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: "Qəlblərimiz qapalıdır!"– demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir). Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir. Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə İsa onların əleyhinə şahid olacaqdır" (ən-Nisa, 53-59).
Bu ayələrdə Uca Allah İsa peyğəmbəri səmaya qaldırdığını bildirir. Uca Allah öz peyğəmbərini kafir padşaha şikayət edib ona işgəncə vermək istəyən yəhudilərin əlindən xilas etdi. Padşah İsanı çarmıxa çəkib öldürməyi əmr etdi. Onun adamları İsanı Beytül-Məqdisin yaxınlığındakı evlərin birində mühasirəyə aldılar. Onlar evə daxil olmaq istəyəndə onun surəti yanındakılardan birinə verildi, İsa isə səmaya qaldırıldı. İçəri daxil olan qoluzorlular İsanın surəti verilmiş gənc adamın İsa olduğunu zənn edib tutdular və aparıb çarmıxa çəkdilər. Onu alçaltmaq üçün başına tikan da qoydular. Nəsranilərin əksəriyyəti İsanın həqiqətən çarmıxa çəkilməsi barədə yəhudilərin dediklərini təsdiq etdilər. Buna görə də açıq-aydın haqq yoldan azdılar.
Rəvayət edilir ki, İbn Abbas demişdir: "Allah İsanı səmaya qaldırmaq istədiyi zaman İsa səhabələrinin qarşısına çıxdı. O zaman onlar evdə on iki nəfər idilər. (İsa evin içindəki bulaqda yuyunduğuna görə) onun saçlarından su damcılayırdı. İsa dedi: "Kim istər ki mənim surətim ona verilsin və mənim yerimə qətlə yetirilsin, sonra cənnətdə mənimlə eyni dərəcədə olsun!" Onların arasından çox gənc bir oğlan ayağa qalxıb dedi: "Mən". İsa ona: "Otur" - dedi. Sonra o yenə soruşdu. Həmin oğlan ayağa qalxıb yenə: "Mən" - deyə cavab verdi. İsa ona: "Otur" - dedi. Sonra üçüncü dəfə soruşduqda, o yenə ayağa qalxıb: "Mən" - deyə cavab verdi. İsa dedi: "Yaxşı, onda sən olacaqsan". İsanın surəti ona verildi və İsa evin bacasından səmaya qaldırıldı. Yəhudilərdən olan cəsurlar İsaya oxşadığına görə həmin oğlanı tutdular və öldürdükdən sonra çarmıxa çəkdilər. İnsanlar (İsa barəsində) üç dəstəyə ayrıldılar. Bir dəstə dedi: "Uca Allah istədiyi qədər bizim aramızda qaldı, sonra səmaya yüksəldi". Bunu deyənlər yəqubiyyə firqəsidir. Digər dəstə dedi: "Allahın oğlu Allahın istədiyi qədər bizim aramızda qaldı, sonra Allah onu öz dərgahına yüksəltdi". Bunu deyənlər nəsturiyyəlilərdir. Başqa bir dəstə isə belə dedi: "Allahın qulu və elçisi Allahın istədiyi qədər aramızda qaldı, sonra Allah onu Öz dərgahına qaldırdı". Bunu deyənlər isə (doğru dinə tabe olan) müsəlmanlar idi. Hər iki kafir dəstə birləşib müsəlmanları qətlə yetirdilər. Buna görə də (həqiqi) İslam dini Muhəmmədin Allah tərəfindən göndərilməsinə qədər gizli qaldı. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: "İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu." Yəni, İsa peyğəmbərin zamanında iman gətirən və küfr edən zümrələr nəzərdə tutulur. "Biz də - Muhəmmədin dinini kafirlərin dinindən üstün etməklə - iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər" (əs-Saff, 14)." (Sunən ən-Nəsəi, 11527, 11591).
Qiyamət gününə az qalmış İsa peyğəmbər ədalətli bir hökmdar olaraq göydən yerə enəcək, xaçları sındıracaq, donuzları öldürəcək və Dəccalı məhv edəcək. Uca Allah buyurur: "Həqiqətən, İsanın yer üzünə enməsi Saatın yaxınlaşmasının əlamətidir" (əz-Zuxruf, 61).
Həmçinin, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır." (Səhih əl-Buxari, 2222).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1084   Tarix: 01 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237