Gözəllik yuxusu: Asanlıqla necə yuxuya getmək olar?

Gözəllik yuxusu: Asanlıqla necə yuxuya getmək olar?Yuxusuzluq və ya yuxunun pozulması, demək olar, hər kəsin qarşılaşdığı problemdir. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, yuxuya getməyin çətinliyi, yuxudan yarımçıq durmaq və səhərədək oyaq qalmaq kimi hallarla səciyyələnir.

BiG.AZ xəbər verir ki, dərinin gecə qulluğunu şağıdakı üsullarla dəyişdirməyi yoxla, rahat yuxuya get və səhərlər daha enerjili hiss et.

1. HAZIRLIQ
Sən çarpayıda adətən nələr edirsən: istirahət edirsən, işləyirsən, popkor yeyərək seriala baxırsan və hətta şam yeməyi yeyirsən? Əgər belədirsə, daha faydalı vərdişlərə başla: Yataqda – yalnız yuxu! Qoy sənin evində tamamilə rahat istirahət üçün ayrılmış məkan olsun. Keyfiyyətli döşək və xoşagələn parçadan yataq dəsti seçərək, gecə lampası qoyaraq və küçədən gələn işıqların qarşısını alan qalın pərdə asaraq, oranı əsil rahatlıq verən bir məkana çevir. Bütün əlavə əşyaları yığışdır- xüsusilə də televizoru.

2. GÜN ƏRZİNDƏ
Sevimli idmanınla məşğul ol, lakin yalnız axşamlar deyil: beləcə rahatlaşacaq, bütün yığılmış stresi və artıq enerjini üzərindən atacaqsan. Gündüz yuxusundan imtina et: hətta nahardan sonrakı 15-20 dəqiqəlik yuxu gecə yuxusunda problem yaradacaqdır. Yuxudan 8 saat öncə kofein qəbul etməmək yaxşı olardı- kofein tək qəhvənin tərkibində deyil həmçinin şokoladın da tərkibində var.

3. YUXUDAN 3-4 SAAT ÖNCƏ
Yungülvari şam yeməyi ye- yəqin ki, gecə aclıqdan oyanmaq istəməzsən! Zülal və kompleks karbohidratla zəngin qidaları qəbul et, onlar uzun müddət toxluq hissini saxlayır- lakin gecələr şirniyyat (həmçinin meyvələr) qəbul etmək lazım deyil, yalnız bədən formasına zərər verdiyi üçün deyil. Həmçinin şəkər, yuxuya getməyə mane olan və yuxu keyfiyyətini aşağı salan qlukozanın öncə qanda qalxmasına və sonra da birdən-birə düşməsinə səbəb olur.

4. YUXUDAN 2 SAAT ÖNCƏ
Bütün elektrik cihazlarını söndür: ekran yuxu hormanları istehsalına mənfi təsir edən mavi işıq saçır. Bundan başqa yeni məlumat beyin fəaliyyətini stimullaşdırır və iş gününün ortası kimi gümrahlığı qaytarır. "Bir seriya daha və sonra yatmaq"dansa kitab oxu, meditasiya et və ya isti vanna qəbul et, nəmləndirmək üçün isə rahatlaşdırıcı lavanda ətirli yağ istifadə et.

5. YATMAZDAN ÖNCƏ
Bədənin üst hissəsinə və yastığa, bədəni və beyini sakitləşdirən lavanda efir yağı tərkibli xüsusi sprey püskürt. Yuxu maskasını geyin - o, işığın qarşısını tamamilə alır və zil qaranlıq effekti yaradır. Qulaqlıqlar tax ki, heç bir xışıltı yatmağa mane olmasın. Gözünü yum və bədəninin get-gedə necə rahatlaşdığını hiss et. Çox güman ki, sən birdə səhər oyananda gözünü açacaqsan!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 872   Tarix: 05 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367