Məşhur futbolçu niyə evlənmir?

Məşhur futbolçu niyə evlənmir?

"Tottenhem"in futbolçusu Son Hın Min maraqlı açıqlama verib.

BiG.AZ komanda.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatına danışan cənubi koreyalı hücumçu, evlənməməsinin səbəbini deyib:

"Atam, "futbolçu karyeranı bitirməmiş evlənmə" dedi və mən də ona qulaq asdım. Evləndiyində əsas diqqətin ailəndə olur və futbol ikinci planda qalır.

Yüksək səviyyədə neçə yaşıma qədər oynaya bilərəm, bilmirəm. Ancaq karyeranı bitirdiyində, ya da 33-34 yaşında evlənə bilərsən və qarşında ailənə vaxt ayırmaq üçün uzun zamanın olur".

2015-ci ildən "Tottenhem"də çıxış edən Son, londonluların heyətində son mövsümün ən yaxşı futbolçusu seçilib.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 666 Tarix: 05.06.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol