Limfadenit - limfa düyünlərinin "üsyanı" - Səbəblər, əlamətlər, müalicə

Limfadenit - limfa düyünlərinin "üsyanı" - Səbəblər, əlamətlər, müalicəLimfadenit adından da göründüyü kimi limfa düyünləri ilə əlaqəli olub, hazırda dünyada və Azərbaycanda çox geniş yayılmış, daha çox uşaq, yeniyetmə və gənclərdə rast gəlinən xəstəlikdir. Xəstəliyin kökündə limfatik sistemin infeksion iltihabi zədələnməsi durur.

Əhali arasında limfaların şişməsi çox yayılsa da, bəzən bu xəstəlik öz-özünə keçib getdiyindən həkimə müraciətlər az olur.

BiG.AZ medicin-ya istinadən çox xəstələri qorxudan, leykoz və onkologiyaya şübhə yaradan limfodenit barədə məlumatı təqdim edir:

Limfadenitin 2 növü var: kataral və irinli.

Kataral forma sadəcə limfa düyünü böyüməsidir, irinli forma isə onun irinlə dolmasıdır. Məhz irinli forma xəstə üçün ağır nəticələnir.

Adətən bu xəstəliyi ikincili hesab edirlər. Əvvəlcə orqanizmdə hər hansı orqan və sistemdə infeksion - iltihabi ocaq olur, ordan virus və bakteriyalar limfa düyünlərinə düşür. Ona görə həkimlər hansı nahiyədə limfa düyünləri şişibsə, o nahiyələrdə iltihab izi axtarır. Limfalar daha çox boyun, çənə, qasıq, qolaltı nahiyədə şişir.

Xəstəliyin törədicisi streptokokk və ya stafilakokk olur.

Əlamətləri:

-Yerli iltihab əlamətləri: düyün və ətrafının şişkinliyi, gözlə və əllə baxdıqda limfanın böyüməsi, bəzən ağrı
-Ümumi intoksikasiya əlamətləri: halsızlıq, iştahsızlıq, ürəkbulanma, qızdırma

Səbəblər:

-İmmunitetin çox düşməzi
-Bədənin soyuması, donma
-Həddən artıq yorğunluq
-Zərərli vərdişlər
-Xroniki iltihabi xəstəliklər
-Yara, xora, osteomiolit
-Diş və boğaz problemləri

Müalicə olunmadıqda xəstəlik xronikləşir və limfa düyünləri müəyyən ölçüdə qalır, bərkiyir, xəstəyə başqa simptomlar vermir.

Diaqnoz və müalicə

İlk növbədə terapevtə müraciət olunur. USM müayinə, qan analizləri verilir. Şübhəli məqamlarda limfaların KT və irinli düyündən biopsiya tələb oluna bilər. Histoloji cavab çıxdıqdan sonra düyünün hansı mənşəli olması dəqiqləşir.

Daha sonra infeksionist müalicəyə qoşula bilər.Müalicə üçün antibiotiklər, iltihab əleyhinə dərmanlar, eləcə də immuniteti möhkəmlətmək üçün müalicə yazılır
Eləcə də fizioterapiya prosedurları təyin edilir

İrinli limfa düyünlərində cərrahi müdaxilə ilə irin boşaldılır.

Limfa düyünləri hansı nahiyədə şişibsə o ətrafdakı orqanlar diqqətlə müayinə olunur və yanaşı orqanlarda iltihab varsa müalicə edilir. Bura burun, qulaq, diş problemləri, ginekoloji, uroloji xəstəliklər aiddir.

Limfa düyünlərinin üzərinə maz, krem çəkmək, sıxmaq, basmaq, bağlamaq, əzmək, kompress qoymaq olmaz. Limfa sistemini aktivləşdirmək üçün bol su içilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1301   Tarix: 05 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960