Həyatın mənası itib? – "Professional yanma" sindromu nədir?

Həyatın mənası itib? – "Professional yanma" sindromu nədir?Hazırda bir çox psixoloq və terapevtlərin çox işlətdiyi, dəbdə olan "peşəkar yanma" sindromu artıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlikləri siyahısına daxil edilmək ərəfəsindədir.

BiG.AZ medicina-ya istinadən xəbər verir ki, ətrafımızda çox insanların üzləşdiyi bu sindromun səbəb və əlamətlərini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu əlamətlərdən 3-ü varsa, deməli, artıq yanma prosesindəsiz.

1.Nə sevinc var, nə kədər

Emosional yanma zamanı insan nəinki dərin kədər, qüssə hissindən, həmçinin sevincdən də məhrum olur. Əvvəllər sizi xoşbəxt edən səbəblər, sevimli yer, qəhvə, şokolad, yemək heç bir hiss yaratmır. Siz özgələrinin və özünüzün belə başına gələn pis bir xəbərə, hadisəyə ürəkdən kədərlənmirsiz. Artıq heç nə vecinizə olmur.

2.İştahınız və yuxunuz yoxdur

Sanki daim tox, daim yuxulu gəzirsiz. Uzun müddət bu hala öyrəşdikdən sonra, orqanizm özünü elə aparır ki, sanki ona yuxu və yemək heç lazım deyil. Sanki illər boyu qulluq etmədiyiniz, qayğısına qalmadığınız bədən və can qisasını alır: "Mənə vaxtında yaxşı baxmadın, al payını".
Səhər 4 olur, amma oyaqsız. Həkimlər sizə nevroz diaqnozu qoyur. Amma diaqnozunuz bu deyil. Çox yorulsanız da, yatmırsız. "3 saat yatım, bəs edər".

3.Özünə güvən və dəyər sıfıra enib

Hər şeydə özünüzü günahlandırır, deməli mən pisəm düşünürsüz. Bu qədər işlədim, can yandırdım, heç kimə yarımadımsa, bundan sonra nə düzələcək.

4.Problemlərə təslim olursuz

Əvvəllər nəinki doğmaların, hətta yadların belə problemini üstələyib, onun həlli üçün qaçırdız. Artıq o resursunuz bitib. Emosional yanma sizə özünü ələ alıb, iradə göstərmək gücünü əlinizdən alıb. Bu ona bənzəyir ki, bronxitdən öskürən adama yalvarırsan ki, nə olar, öskürmə, sağal. Belə yardım olmur. Sizə iradə yox, artıq yardım lazımdır.

5.Rəhm, mərhəmət hissiniz ölüb

Göz yaşınız belə əvvəlki kimi axmır. Dərdli birinə laqeydsiz. Özünüzə qarşı mərhəmətiniz necə azalıbsa, başqalarının da dərdinə acizlik kimi baxıb, heç nə olmaz, dözər düşünürsünüz.

Kiməsə xeyriyyəçilik etmək isə mənasız gəlir. Çünki bunun əvəzində heç nə əldə etməyəcəyinizi düşünürsüz. Hər kəs dərdini özü çəkməlidir.

Kimlər bu sindroma tutulur?

Bu orqanizm və psixikanın normadan artıq yüklənmədən çökməsi, sönməsindən yaranır. İnsan yaradılanda onun beyni, hüceyrələri, ruhu, psixikası həyatda müəyyən qədər ciddi stresslərə tab gətirməyə proqramlaşdırılıb: bu hər hansı itki, doğmaların itkisi, təbiət hadisəsi, gözlənilməyən bəla və s. Amma elə insanlar var ki, işi, peşəsi, ixtisası bu stresi onlara illərlə, aylarla yaşadır. Ona görə sinir sistemi bu yüklənmədən yanır. Sanki sayğac atır və işıqlar sönür.

-İşi ilə bağlı müxtəlif insanlarla ünsiyyətdə olan, məsələləri həll edənlər
-Böyük, çətin məsuliyyəti olanlar
-İşində öz zəhməti ilə yüksələnlər
-Həftənin 7 günü, 20 saat işinə bağlı olanlar
-İşi, olduğu yer ürəyiycə olmayıb, könülsüz çalışanlar
-İşində daim yüksəlmək və bunun üçün əlavə kurslar, seminarlar və s. keçənlər
-Eləcə də həm işləyib, həm çalışan gənc valideynlər, hansı köməkləri yoxdur

Hansı peşələrdə bu daha çox baş verir:

-Psixoloq, psixiatrlar
-Xilasedicilər
-Həkimlər
-Xeyriyyə fondları işçiləri
-İncəsənət adamları
-Hərbçilər
-Proqramistlər, kibernetiklər

Siyahını uzatmaq olar. Hətta işində çox yaxşı satıcı olan biri də 10 il ərzində peşəkar yanmaya tutula bilir.
Bütün bu sahələrdə çalışanlar işləri ilə bağlı, bəzən heç özlərinə aid olmayan stresin zərbəsini birinci qəbul edirlər.
Başqalarının oduna yananlar desək daha düzgün olar.

Bir gün sinir sistemi "bəsdir, məndənbu qədər" deyib insanın həyatı üçün vacib olan bütün hissləri söndürərək yanma rejiminə keçir.

Təbii ki, bütün xəstəliklər kimi bu sindrom da öncədən yüngül simptomlarla özünü göstərir. Əgər iştahınız azalırsa, işə könülsüz gedirsizsə, işlə bağlı zənglərə əsəbi cavab verirsizsə, illərdir istirahət etmir, heç yerə getmirsizsə, tez-tez səbəbsiz ağrılar, baş ağrıları, yorğunluq, yuxusuzluq sizi üzürsə, siz artıq uçurumun bir addımlığındasız.

Nəzərə alaq ki, ilkin mərhələdə xilas olmaq mümkündür, nəinki artıq yanma baş verdikdə.

Nə etməli?

-İlk növbədə işdən uzunmüddətli fasilə, məzuniyyət götürülür. Siz hətta dəhşətli xəstəliyə tutulub müalicə alarkən necə işdən imtina edəcəksizsə, o cür davranmalısız. Çünki professional yanma xərçəngdən də qorxuludur.
- Telefon, sosial şəbəkələr, bir sıra mobil texnoloji vasitələrdən istifafəni minimuma endirirsiz
-Musiqi, rəqs, komediya – yalnız bunlara baxıb,qulaq asmalısız
-Özünüzdən tələblərinizi azaldın. İdeal olmağı unudun. Özünüzü dünyanın ən key, bacarıqsız insanı hesab edin.
-Özünüzü təhlükəsiz hiss edin. Sizin həyatınız üçün təhlükə yoxdursa, qalanı boş şeydir.

-Ətrafdan, doğmalardan diqqət tələb edin, arzularınızı bildirin, ya da heç olmasa sizi narahat etməsin.
-Uşaqlığınıza qayıdın. Uşaqlıqda sizi nə sevindirirdisə, onları edin. Şirniyyat, şirin pambıq, cizgi filmi, yelləncək. İnanın ki, beyniniz buna görə sizə təşəkkür edəcək.

-Bədəninizi və beyninizi illərlə adət etdiyi hərəkətlərdən, vərdişlərdən uzaqlaşdırın. Nəyi illərlə etmisizsə, onları yox, tamam başqa əks şeylər etməlisiz. Bu zaman beyin neyronları yeni bir həyata açılmaq istədiyinizi anlayacaq.
-Ürəyiniz istədiyiniz, sizə rahatlıq verən insanlarla ünsiyyətdə olun.
Digər insanlarla münasibəti sıfıra endirin. Sanki yoxsuz. Lazım gəlsə yeni tanışlıqlar edin. Müxtəlif qruplara qoşulun.

-Bədəninizə qulluq edin. Buna özünüzü məcbur etməlisiz. Gəzinti, masaj, yoqa, hovuz, müxtəlif kosmetoloji vasitələr, müalicəvi prosedurlar – mütləqdir.

-Kənardan kömək alın. Yaxşı bir psixiatr, nevroloq və psixoloqla beyninizi, psixikanızı müalicə edin


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1075   Tarix: 03 iyun 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201