Sevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlər

Sevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlərEvlilik təklifini qəbul edən zaman insan bir-birini tanımalıdır

Məşhur aparıcı Samirə Rəhimova aznews.az saytına müsahibə verib.

- Samirə xanım, son zamanlar sizi sosial layihələrdə daha çox görürük. Niyə fəaliyyətinizə şou deyil, sosial tipli layihə ilə başladınız?

- Bəli, artıq analıq məzuniyyətindən sonra fəaliyyətimi yavaş-yavaş bərpa edirəm. Əslində, sosial layihələrdə də şou var. Hər ikisini bir araya gətirmək mümkündür. Sırf şou-biznesi nəzərdə turursunuzsa, mən heç vaxt şou-biznesdə olmamışam. Hətta "ATV maqazin" jurnalının baş redaktoru olduğum illərdə belə, məşhurların həyatı haqqında çox az məlumatlı idim. Amma gözəllik və dəb aləmi hər zaman mənimlədir. Bu günə kimi, məni yenə də ATV-də yayımlanan "Şarm" verilişinin aparıcısı kimi tanıyırlar. Ona görə də "Youtube" kanalımın adı "Samira Charm" adlanır. Evdə oturduğum zaman belə sosial aktivliyimi saxlayırdım. Hazırda "Sosial çarx" layihəsinin simasıyam. Burada da həm şou, həm də əyləncə var. Veriliş vasitəsilə sosial media istifafəçiləri həm əylənirlər, həm də hədiyyə qazanırlar. Bu ilk addımlardır və qarşıda dəb və gözəlliklə bağlı bir çox yeniliklərimiz olacaq. İnstagramda yüz minə yaxın izləyicim var. Hələ ki, tez-tez ev şəraitində gözəlliklə bağlı videolar paylaşıram. Bu zaman görürəm ki, insanlar tərəfindən çox izlənilir və maraqla qarşılanır.

- Sizin İnstagram izləyiciniz bir çox məşhurların sosial şəbəkə izləyicilərindən çoxdur. Bəzi məşhurların izləyiciləri isə saxtadır.

- Amma həmkarlarım və eləcə də bir çox məşhurlar artıq neçə ildir ki, sosial şəbəkədən istifadə edirlər. Onlarda saxta izləyicilər ola bilməz. Bəziləri rekord izləyicilərə özləri sahib olublar. Mən hələ o rekorda çatmamışam, amma virtual rəfiqələrim çoxdur. Mənə yazırlar, nəsə soruşurlar, müzakirə edirlər. Bu izləyicilər üçün daha çox xoşdur.

- Sizi hər zaman həyat yoldaşınız Kənan bəylə birlikdə görürük. Bu gün onu görmədik...

- Kənan bəy hazırda AzTV kanalında müsahibə verir. O da gələcəkdi, məni tək buraxmır (gülür).

- Bu, qısqanclıqla bağlıdır?

- Qətiyyən... Qısqanc insan deyil. Onunla birlikdə işləyirik, ideyalarımız eynidir. Onun işlərində iştirak edirəm, o da eləcə də mənim işlərimə bələddir. Ona görə bütün layihələrimizi birlikdə işləyirik. Şou aləmi, gözəllik, dəb və biznesin idarə edilməsi və s. Artıq biznesin idarə olunmasında da hansı tədbirlər görmək lazımdır bilirəm. Özüm istəsəm, sıfırdan biznes qura bilərəm.

- Gələcəkdə biznes-ledi olmaq fikriniz varmı?

- Əlbəttə. Müəyyən təcrübəm də var. Ümumiyyətlə, özümü hər zaman biznes-ledi hesab edirdim. "ATV maqazin" jurnalını idarə etmək - özü də bir biznes idi. Yaradıcılıqla yanaşı, satış, mühasibat işləri, reklam agentlikləri ilə danışıqlarda bilavasitə özüm iştirak edirdim. O jurnalı mən komandamla birgə sıfırdan yaratmışdım. Düzdü, ilk zamanlar təcrübəsiz idim, amms səhvlər edə-edə müəyyən bir səviyyəyə gəldim. Bir az öncə dediyim kimi aparıcı olmaqla yanaşı özümü biznes-ledi hesab edirəm.

- Siz daim işinizlə məşhur oldunuz. Digər aparıcılar kimi şəxsi həyatınızla və hansısa qalmaqal ilə gündəmə gəlmədiniz. Bu, sizin üçün nə dərəcədə çətin oldu?

- Ümumiyyətlə, mən mətbəxi açmağı sevmirəm. Amma bəzən bunu etməyə məcburam, çünki sosial şəbəkə aktivlik tələb edir. Sosial şəbəkədə işdən başqa nəyisə göstərməyi sevmirəm. İstirahət üçün getdiyim məkanların fotolarını paylaşmıram. Yalnız həyat yoldaşımla bal ayına gedəndə fotolar paylaşmışdıq. Bu, mənim üçün bəs idi. Hansısa sahə ilə bağlı yenilik edirəmsə, yalnız o haqda paylaşımlar edirəm. Mən televiziyada çalışanda İnstagramda çox aktivlik yox idi. Hamı televiziyada olan proqramlarla gündəmə gəlirdilər. Məsələn, "ATV maqazin" jurnalında qalmaqallı müsahibə gedəndə hansısa müğənni jurnal haqqında efirdə iradını bildirən zaman baş redaktor kimi ona cavab verə bilərdim. Amma bunu etmirdim. Düşünürdüm ki, məsələni telefonla həll edə bilərik, niyə bunu insanlara göstərməliyik? Qalmaqalı sevmirəm və işçi heyətimizə konfliktli jutnalistləri də yaxın buraxmırdım.

- Bir müddət öncə yenidən ATV-də işə başlayacağınızı demişdiniz.

- Bir neçə kanaldan iş təklifi gəlib. Seçim qarşısındayam. Yeni mövsümə ATV-də və ya ola bilər AzTV kanalında işə başlayım. Hələ dəqiq bilmirəm. Bir tək onu bilirəm ki, nə etsəm də fərqli formatla tamaşaçıların qarşısına çıxacam.

- Yeni verilişiniz sosial xarakterli olacaq?

- Bəli, sosial tipli də ola bilər. Amma bir az öncə dediyim kimi seçim qarşısındayam.

- Həyat yoldaşınızla birlikdə aparıcılıq edəcəksiniz?

- Layihəmiz AzTV kanalında təsdiq olunarsa, orada Kənan bəylə birlikdə aparıcılıq edəcəyik. İdeyalarımız çoxdur. Hazırda nitq mədəniyyəti üzrə təlimlər keçirəm. Sən demə məndə müəllimlik bacarığı da var imiş (gülür).

- Bu, sizə Kənan bəydən keçdi?

- Bəli, Kənan bəy məni öz sahəm üzrə trener (məşqçi) elədi (gülür). Mən arada aparıcı hazırlayırdım. Sonra düşündük ki, həyat yoldaşımın təlim mərkəzində aparıcıların hazırlığını təşkil edək. Amma hazırkı təlimlərdə təkcə aparıcılar deyil, nitq mədəniyyəti üzrə tədris keçmək istəyən iş adamları, auditoriya qarşısında çıxış etməyi yiyələnmək istəyən hər kəs iştirak edə bilər. İki aylıq kurs təşkil edirik.

- Müğənni Xatirə İslam bir neçə gün öncə həyat yoldaşının onu İnstagram səhifəsinə bir il öncə baxdığını deyib. Siz də aktiv sosial şəbəkə istifadəçisiniz. Maraqlıdır ki, həyat yoldaşınız mesajlarınıza nəzarət edirmi?

- Mənim səhifəm açıqdır, eləcə də həyat yoldaşımın səhifəsi. Problemlər olmur. Sevgi etirafları da var (gülür). Cavab vermirəm. Amma tərif və xoş söz yazana cavab vermək olar. Sevgi etiraf edib, nəsə güdürsə, təbii ki, cavab verməyəcəm.

- Kənan bəy bu məsələdə heç zaman qısqanclıq etmir?

- Xeyr, ilk gündən qısqanclıq olmayıb. Ona görə ki, Kənan bəy mənə etibar edir. Bəlkə psixoterapevt olduğundan irəli gəlir. İnsanlarda qısqanclıq qorxuya görə baş verir, sevdiyi şəxsi itirə bilər və s. Məndə də qısqanclıq yoxdur. Özü burada olsaydı, deyəcəkdi ki, Samirə qısqancdır (gülür). Gəlin, razılaşaq ki, xanımlarda qısqanclıq az miqdarda olmalıdır. Kişiləri diqqətsiz qoymaq olmaz. Ona görə də məni qısqanc hesab edir. Amma mən ona sadəcə diqqət göstərirəm.

- Kənan bəy müsahibəsinin birində qeyd edib ki, "Xanımlar məni rəqsə dəvət edəndə deyirəm ki, yaxınlaşmayın, evliyəm"...

- Zarafat edib (gülür). İşiylə bağlı ətrafında xanımlar çoxdur. Eləcə də tələbələrinin çoxu xanımlardı. Konsultasiyalara yazılırlar, işlə bağlı gecə saat 11-də zəng edirlər.

- Həyat yoldaşınızı gizli dinləyirsiniz?

- Xeyr (gülür). Konsultasiyalarını heç vaxt dinləmirəm. Səmimi deyim, desəm ki, qısqanc deyiləm, düzgün olmaz. Amma qədərindədir. O demək deyil ki, biganə münasibət göstərim. Hara gedir-getsin heç nə etməyəcək, tam etibar edirəm. Amma qadın həyat yoldaşını sevirsə, azacıq da olsa qısqanclıq olmalıdır. Mən bunu nə konfliktli formada edərəm, nə də ətrafdakılar hiss edər.

- Heç vaxt konflikt yaşamırsınız?

- Xeyr. Hərdən ətrafımızdakılar da deyirlər ki, necə olur konflikt yaşamırsınız? Nə Kənan, nə də mən konflikti sevmirik. Amma hansısa problem yaranan zaman onun yaranma səbəbini deyil, həll yollarını axtarırıq. Yalnız uşaqlar balaca olduqlarına görə, ağlayanda və s. gərgin oluruq. Amma sizin məqalənizdən sonra ola bilər ki, konflikt yaşayaq (gülür).

- Televizyada faəliyyətinizə fasilə verdikdən sonra məşhurlarla bir arada görsənmədiniz.

- Məşhurlarla münasibətim yaxşıdır. Əslində o zaman da çox tədbirlərdə iştirak etmirdim. Gecə həyatını sevən insan deyiləm.

- Hansı həmkarınızı efirdə görmək istəmirsiniz?

- Heç bir aparıcının televiziyadan getməsini istəmirəm. Sadəcə aparıcılar danışıq qabiliyyətləri üzərində çox işləsələr, daha yaxşı olar. Gələcəkdə televiziyanın nəznində aparıcıların tədris və təkmilləşmə mərkəzi açılmasını istəyirəm. Bu televiziya üçün yaxşıdır ki, öz kadrlarını yetişdirsin. Mən özəl təlim mərkəzində nitq mədəniyyəti üzrə dərs deyirəm. Hansı kanalda layihəm həyata keçərsə, orada nitq mədəniyyəti üzrə təlim mərkəzinin açılmasına təşəbbüs göstərəcəm.

- Bu gün ATV-nin siması Zaur Baxşəliyev və Nanə Ağamalıyeva hesab edilir. Necə düşünürsünüz, kanaldan ayrılmasaydınız, simalardan biri də siz ola bilərdiniz?

- Mən elə indi də ATV-nin siması hesab edilirəm. Düzdür, başqa kanallarda da bir müddət çalışmışam, yenə də ATV-dəki "Şarm" proqramının aparıcısı kimi tanıyırlar. Çünki o kanalın yetirməsiyəm. O ki qaldı, peşman olmağıma... Keçmişə dönsəydim belə yenə eyni qərarı verərdim. Çünki o zaman televiziyadan uzaqlaşmalı idim. Uzaqlaşmasaydım, bu gün əldə etdiklərimi qazana bilməzdim. Kanaldan uzaqlaşdım, yeni insanlarla, həyat yoldaşımla tanış oldum, ailə qurdum. Amma indi yenə də ATV kanalında işləyə bilərəm. Odur ki, heç nə itirməmişəm.

- Bir çox aparıcılar ailə qura bilmirlər, yaxud da ailələri davam etmir. Buna münasibətiniz necədir?

- Bu, yalnız aparıcılara aid deyil. Ümumilikdə cəmiyyətin problemidir. Gənclər erkən yaşda ailə quranda problemlər yaşayırlar. Həyatı tam dərk etmirlər, insanları yaxşı tanımırlar. Problemlərlə qarşılaşanda necə davranacaqlarını bilmirlər. Mən hətta məsləhət görürəm ki, gənclər 30 yaşına qədər öz həyatlarını yaşasınlar.

- Siz özünüz də 30 yaşında ailə quracağını planlaşdırıb və o yaşda evlənmisiniz...

- Bəli, mən ailə qurmadan öncə demişdim ki, 30 yaşımdan sonra hədəfimi dəyişəcəm. Belə ki, ətrafıma nəzər saldım, mənə xoş münasibət bəsləyənlər arasında kiminlə ailə quracağımı planlaşdırmağa başladım. Bu zaman Kənan bəyi tapdım. Nə yaxşı ki, o zaman qarşılaşdıq və ailə qurduq.

- Bu yaşa qədər ailə qurmasaydınız, neyləyərdiniz?

- Ailə qurmaq üçün əlimdən gələni edərdim (gülür). Sadəcə sevim, amma həmin şəxslə evlənməyim, belə hal ola bilməzdi.

- Sizə evlilik təklifləri çox olub?

- Ciddi evlilik təklifləri çox olub. Lakin bu evlilik təklifini qəbul edən zaman insan bir-birini tanımalıdır. Həmin mərhələdə başa düşürsən ki, bu insanın xasiyyəti, dünyagörüşü səninlə uyğun gəlir, ya yox. Ətrafımda mənə simpatiya duyanlar çox idi. Ailə qurmağı düşünəndə ətrafıma diqqət etdim və gördüm ki, birinin xasiyyəti uyğun gəlmir, biri xarici ölkədə yaşayır və s. Nə yaxşı ki, Kənanı da tez tapdım.

- Onların sırasında tanınmışlar vardı?

- Xeyr.

- Kənan bəyin özəlliyi nə idi?

- O, mənim nağıllar aləmimin qəhrəmanı idi. İdeyalarımız, düşüncələrimiz eyni idi.
Sevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlərSevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlərSevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlərSevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlərSevim, amma həmin şəxslə evlənməyim... - Məşhur aparıcı xanımdan şok sözlər


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2571   Tarix: 30 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

21:30 0
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1009
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1383
.

"Xəstə qardaşımın ailəsinə baxıram" - Mətanət İsgəndərli

"Qardaşım uzun illərdir ki, dializ xəstəsidir. Onun ailəsini də mən dolandırıram. Əgər bu gün mən evimdə yemək yeyirəmsə, ürəyim partlayar, bilsəm ki, qardaşım və ya bacım ac oturub". -ın xəbərinə görə, bu fikirləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu teleproqramlardan birində səsləndirib

16.04.2024 795
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1107
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

21:45 0
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 806
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyif köhnə aktyorlardan. Özünüzü onlarl

14.04.2024 982
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1478