UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1

UEFA Avropa Liqasının finalı başa çatdı: "Çelsi" qalib oldu - 4:1Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması başa çatdı.

BiG.AZ xəbər verir ki, fnal görüşündə Londonun "Çelsi" komandası "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib.

Nominal ev sahibinin "Çelsi"nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

"Arsenal" klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edir. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında ikinci hissənin əvvəlində - matçın 49-cu dəqiqəsində "Çelsi" komandası hesabı açıb. Emerson Palmierinin ötürməsindən sonra fransalı hücumçu Olivye Jiru dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

Fransalı forvard bu qol sayəsində turnirdə vurduğu qolların sayını 11-ə çatdıraraq bombardirlər siyahısında birinciliyini qoruyub.

Matçın 60-cı dəqiqəsində "Arsenal"ın cərimə meydançasına daxil olan Eden Hazardın ideal ötürməsindən sonra Pedro Rodriges topu saxlamadan qapıya göndərib – 2:0.

İspaniyalı hücumçu bu qələbə sayəsində UEFA Avropa Liqasının cari mövsümündə meydana çıxdığı 14 oyunda vurduğu qolların sayını 5-ə çatdırıb.

"Çelsi" komandası 65-ci dəqiqədə üçüncü topu "Arsenal"ın qapısından keçirərək hesab arasındakı fərqi daha da artırıb.

Hakim Enzli Meytlend-Naylzın Oluvye Jiruya qarşı kobud oyununa görə "topçular"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Eden Hazard "Çelsi"nin üçüncü topunu "Arsenal"ın qapısından keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1.

Amma "Çelsi" – "Arsenal" görüşünün 72-ci dəqiqəsində hesab yenidən dəyişib.

"Çelsi"nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

"Arsenal" bir neçə dəfə hesab arasında fərqi azaltmğa yaxın olsa da, yaranmış fürsətləri dəyərləndirə bilməyib. Beləliklə Bakı finalının qalibi "Çelsi" oldu.

Xatırladaq ki, "Çelsi" isə 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi adını qazanıb.

"Çelsi" komandası 65-ci dəqiqədə üçüncü topu "Arsenal"ın qapısından keçirərək hesab arasındakı fərqi daha da artırıb.

Hakim Enzli Meytlend-Naylzın Oluvye Jiruya qarşı kobud oyununa görə "topçular"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.

Zərbəni dəqiq yerinə yetirən Eden Hazard "Çelsi"nin üçüncü topunu "Arsenal"ın qapısından keçirib.

Lakin bu qoldan 4 dəqiqə sonra "Arsenal" vurulan toplardan birinin əvəzini çıxıb. Müdafiəçilərdən qayıdan topa cərimə meydançasından kənarda qüvvətli zərbə vuran Aleks Ayvobi hesab arasındakı fərqi azaldıb – 3:1.

Amma "Çelsi" – "Arsenal" görüşünün 72-ci dəqiqəsində hesab yenidən dəyişib.

"Çelsi"nin sürətli əks-hücumu zamanı Eden Hazard Olivye Jiru ilə qısa ötürmələrlə qurduqları gözəl kombinasiyanı qolla tamamlayıb – 4:1.

"Arsenal" bir neçə dəfə hesab arasında fərqi azaltmğa yaxın olsa da, yaranmış fürsətləri dəyərləndirə bilməyib. Beləliklə Bakı finalının qalibi "Çelsi" oldu.

Xatırladaq ki, "Çelsi" isə 2012-2013-cü il mövsümündə də UEFA Avropa Liqasının qalibi adını qazanıb


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 815   Tarix: 30 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023