Bakının məşhur kloununun evi əlindən alındı - ŞOK HADİSƏ - VİDEO

Bakının məşhur kloununun evi əlindən alındı - ŞOK HADİSƏ - VİDEOBakının məşhur klounu, Aquşa ləqəbli Ağa Piriyevə qarşı dələduzluq edilib.

News24.az-a müraciət edən A.Piriyev 2016-cı ildə Bakının Yeni Günəşli qəsəbəsi "V" massivi 13M ünvanında aldığı yenitikilidən çıxarılıb.
"Baku-Kubə" MTK tərəfindən inşa edilmiş 4 bloklu 13 mərtəbəli binada fəaliyyət göstərən "AR&KO" MMC Ağa Piriyevə öncə binanın 4-cü mərtəbəsindən mənzil satsa da sonradan həmin evin başqa birinə satıldığını deyib və onu 9-cu mərtəbədə yerləşən mənzillə təmin edib.

Fırıldaqçılıqla qarşılaşdığını bildirən Ağa Piriyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və bir çox rəsmi qurumlara müraciət ünvanladığını deyib: "2016-cı ilin fevral ayında "AR&KO" MMC mənə 9-cu mərtəbədə 3 otaqlı 286 saylı mənzil satıb. Bu barədə MMC-nin direktoru Əsədullazadə Rəhilə Novruz qızı ilə 22 fevral 2016-cı il tarixində müqavilə imzalamışıq. Mənzilə görə Əsədullazadə Rahilə və Əsədullazadə Asifə 55 min manat ödəsəm də həmin məbləğin 45 min manatına görə mənə kassa mıdaxil orderi verdilər. 10 min manat üçün isə heç bir çek təqdim olunmadı. Səbəbini isə vergini daha az ödəməklə izah etdilər".

A.Piriyev mənzildə təmir işləri apardığını da bildirib: "Mənzildə təmir işləri apardım. Buna 26 min 300 manat xərxlədim. Sonradan mənə məlum oldu ki, Asif Əsədullazadə məni aldadaraq ona məxsus olmayan mənzili mənə satıb və pulumu mənimsəyib. 286 saylı mənzil Seyidov Mirrasim Mirhəsən oğlu adlı şəxsə məxsus olub. Həmin şəxs mənim mənzildən çıxarılmağımla bağlı məhkəməyə müraciət edərək qətnamə çıxarıb. 23 aprel 2019-cu il tarixində isə Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən mənzildən çıxarılmışam. S.Mirrasim eyni zamanda mənim evdə olmamağımdan istifadə edərək, qapını da dəyişib. Hətta mənə hədə qorxu gələrək evdən çıxmayacağım təqdirdə özünü 9-cu mərtəbədən atacağını və yandıracağı deyib. Rəhilə və Asif Əsədullazadələr mənim məlumatsızlığımdan istifadə edərək açıq-açığa mənə qarşı dələduzluq ediblər".

Ağa Piriyev ödədiyi məbləği geri ala bilmədiyini də açıqlayıb: "Sonradan öyrədim ki, "Badu-Kubə" MTK və "AR&KO" MMC arasında yaşanan mübahisənin qurbanı olmuşam. Şirkətdən min əzab-əziyyətlə qazandığım halal pulumu geri istəyəndə isə Asif Əsədullazadə min bəhanə gətirərək boyun qaçırır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1594   Tarix: 27 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381