Oğul "niyə ayaqyalınsan?" soruşan atasını bıçaqladı, anasını öldürdü - FOTO

Oğul "niyə ayaqyalınsan?" soruşan atasını bıçaqladı, anasını öldürdü - FOTO

ABŞ-da oğul anasını öldürüb, atasını isə bıçaqlayıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, qətl hadisəsi Nyu-Yorkda, Bruklində törədilib.

55 yaşlı Oscar Rodriguez 77 yaşlı anasını qətlə yetirib. Ayaqqabı üstündə yaranan mübahisə cinayətlə nəticələnib.

O, axşam vaxtı evə ayaqyalın gəldiyinə görə atası ondan niyə ayaqyalın olduğunu soruşub. Onların arasında mübahisə yaranıb və əsəblərinə hakim ola bilməyən oğul atasını bıçaqlayıb. Bu zaman bıçaq oğul ilə atanın arasına girməyə çalışan qadına saplanıb.

Qadın hadisə yerindəcə keçinib, kişinin vəziyyəti isə ağırdır.

Oscar Rodriguez saxlanılıb.

Oğul "niyə ayaqyalınsan?" soruşan atasını bıçaqladı, anasını öldürdü - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1057 Tarix: 27.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər