Dollar krediti olanların DİQQƏTİNƏ

Dollar krediti olanların DİQQƏTİNƏ
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.

BiG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilib.

Qeyd olunub ki, ləğv prosesində olan QSC "Bank Standard” KB, "Texnikabank” ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank” ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı” ASC, "Evrobank” ASC, "Birlikbank” ASC, "Debütbank” ASC və "Borçalı" KB-nin müştəriləri ləğv prosesində olan "Dəmirbank” ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31, ünvanında yerləşən "Əməliyyat İdarəsi” filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə nömrələri:
(012) 444-71-71 (daxili: 500).

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1307 Tarix: 27.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol