Bakıda özünü binadan atan 25 yaşlı qız haqqında ŞOK FAKTLAR

Bakıda özünü binadan atan 25 yaşlı qız haqqında ŞOK FAKTLAR

Dünən Bakı şəhər Nərimanov rayonunda özünü binadan ataraq intihar edən gənc qızla bağlı bəzi məqamlar üzə çıxıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki,metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında - Aşıq Molla Cümə küçəsi 7A ünvanındakı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyan 1994-cü il təvəllüdlü Əbilova Fatimə Həsənağa qızının peşəkar dizayner-rəssam olduğu məlum olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmuş Fatimə bir sıra şirkətlərdə çalışıb. Onun müxtəlif rəsm əsərləri və eksklüziv dizaynları olub.

Bildirilir ki, özünü Aşıq Molla Cümə küçəsindəki çoxmərtəbəli binadan atan qız Səbail rayonu T.Məmmədov küçəsində rəsmi qeydiyyatda olub.

Onun hansı səbəbdən və hansı şəraitdə həyatına qəsd etməsi hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3712 Tarix: 27.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər