3 yaşlı uşaq atası tərəfindən öldürüldü: Bədənində və üzündə göyərmələr... - foto

3 yaşlı uşaq atası tərəfindən öldürüldü: Bədənində və üzündə göyərmələr... - foto

İzmirdə bədənində və üzündə göyərmələr olan 3 yaşlı uşaq dünyasını dəyişib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, işsiz olan Bilal.T qısqanclıq səbəbindən həyat yoldaşı Ayşe.T ilə mübahisə etməyə başlayıb.

Mübahisə böyüyən zaman Bilal.T həyat yoldaşını dövməyə başlayıb. Bu zaman Bilal.T o biri otaqda ağlayan Ayşə.T-nın birinci həyat yoldaşından olan 3 yaşlı oğlu Abdülkadir Doğanın otağına gedib, onu da döyməyə başlayıb.

Bu zaman Ayşə.T kömək istəmək üçün çölə qaçaraq həyat yoldaşının valideynlərinin evinə gedib. Geri qayıdanda 3 yaşlı uşağın hərəkətsiz halda yatdığını görüb.

Ayşə.T polisə və təcili tibbi yardıma xəbər verib. Hadisə yerinə gələn təcili tibbi yardım 3 yaşlı uşağı dərhal xəstəxanaya aparıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq ürəyi dayanan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Uşağın meyiti ekspertiza üçün morqa aparılıb. Ekspertizanın nəticəsində uşağın üzündə və bədənində göyərmələrin olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Aysel Yusifqızı
3 yaşlı uşaq atası tərəfindən öldürüldü: Bədənində və üzündə göyərmələr... - foto
3 yaşlı uşaq atası tərəfindən öldürüldü: Bədənində və üzündə göyərmələr... - foto

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1204 Tarix: 27.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər