Fədayə Laçına AĞIR İTKİ - FOTO

Fədayə Laçına AĞIR İTKİ - FOTO

Seyid Fədayə Laçının səhifəsini idarə edib.

Hazırda həbs həyatı yaşayan müğənni Fədayə Laçının yaxın dostu dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, müğənninin İnstagram səhifəsini idarə edən Seyid adlı gənc oğlan ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Seyid müğənninin ən son xəbərlərini izləyiciləri ilə bölüşüb. Eyni zamanda o, Fədayənin yaxın dostlarından biri olub. Bundan sonra sözü gedən səhifə fəaliyyətini dayandıracaq.

Xatırladaq ki, məhkəmənin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Fədayə Laçına AĞIR İTKİ - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 8944 Tarix: 27.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol