Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜAT

Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜAT
Keçən ilin fevralında Xırdalanda 38 yaşlı qadının öz nəvəsini boğaraq öldürməsi hadisəsi ilə bağlı yeni cinayət işi açılıb.

BiG.AZ News24.az-a istinadən bildirir ki, Xırdalan şəhərində yeni doğulan nəvəsinin ölümündə təqsirli bilinən Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Mehdiyevanın işi araşdırılarkən onun qızı Nübarın yetkinlik yaşına çatmadan Ağasif Babayevlə cinsi əlaqəyə girməsi və uşaq dünyaya gətirməsi məlum olub.

Bu səbəbdən də Xatirə Mehdiyeva həbs ediləndən sonra onun azyaşlı qızı ilə cinsi əlaqədə olaraq qızı hamilə qoyan şəxs barəsində də cinayət işi açılıb. Belə ki, Ağasif Babayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci, yəni, Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və materiallar məhkəməyə göndərilib. İşə Nəsimi Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xatirə Mehdiyeva keçən il fevralın 7-də səhər saat 8-9 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, "Kristal Abşeron" yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.

Daha sonra o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatızdırmaq istəyib. Bu zaman uşaq ağlayıb və sakitləşməyib. Xatirə bundan əsəbiləşməyə başlayıb.

Xatirə Mehdiyeva uşağı yellədikcə və uşağa baxdıqca qızı Nübarın onlardan xəbərsiz Ağasif Babayev ilə cinsi əlaqədə olması, uşaq dünyaya gətirməsi, bununla da yaşadıqları kənddə və rayonda rüsvay olacaqları, heç kəsin üzünə baxa bilməyəcəkləri, qohumlarının onlardan üz çevirəcəyi barədə düşünüb.

Bütün bunlar onun psixoloji sarsıntı keçirməsinə səbəb olub, hadisədən bilavasitə əvvəlki yuxusuzluğu, bütün gecəni ağlaması, dincəlmək istəsə də alınmaması, rüsvay olmalarını, camaat içinə necə çıxacaqlarını, qızının utancverici hərəkət etməsi kimi düşüncələri psixi-emosional durumunda diskomfortluq əmələ gətirib, gərginlik, həyəcan, əsəbilik yaradıb.

Yaranmış psixogen situasiya Xatirə Mehdiyevanın psixi-emosional sferasında həyəcan və gərginlik səviyyəsini artırıb.

Xatirə Mehdiyeva stress faktorun güclü təsiri nəticəsində depressiv reaksiya halını keçirtməsinə səbəb olub. O, mətbəxə keçmək üçün özündən asılı olmayaraq əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən üzü üstə döşəməyə yıxılıb.

Uşaq üzü üstə yıxıldıqdan sonra ani vaxtda onun ağlamaq səsi kəsilib. O öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədiyindən cinayətkarcasına etinasızlıq nəticəsində uşağın sadəcə olaraq yatdığını zənn edib.

Xatirə Mehdiyeva yanındakı adyalı soyuq olmaması üçün uşağın üstünə örtüb, uşaq üzü üstə yerdə qalmış vəziyyətdə qoyduqdan sonra mətbəxə keçib. O, mətbəxdə əl-üzünü yuyub, bir neçə dəqiqə mətbəxdə oturub.

Bununla da Xatirə Mehdiyevanın ehtiyatsızlığından yeni doğulmuş uşaq təxminən 5 dəqiqə üzü üstə yerdə uzanmış halda qaldığından ölüb.

İstintaq orqanı tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Məhkəməsinin hökmü ilə Xatirə Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Xatirə Mehdiyevanın qızı ilə cinsi əlaqədə olmuş Ağasifin günahı isə sübuta yetirilsə onu 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4583 Tarix: 26.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər