Bakı sakinini öldürüb meyitini zirzəmiyə atdı

Bakı sakinini öldürüb meyitini zirzəmiyə atdı
Mayın 24-də Nəsimi rayonunun B.Səfəroğlu küçəsi ev 219-un zirzəmisindən üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyitinin tapılması barədə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Orxan Əliyev olması müəyyən edilib və hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Qəhrəmanov saxlanılıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 757 Tarix: 25.05.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər