General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir

General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir"Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir".

BiG.AZ xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a müsahibəsində ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təlimlər ucuz başa gəlmədiyini və hər bir təlimin məqsədinin döyüşə hazırlıq olduğunu deyib: "Bu təlimlər gecə, çöl-səhra, yağışlı, qarlı şəraitlərdə keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir".

Aydəmirov vurğulayıb ki, məsələnin həll olunması üçün 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər: "Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz?

Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Qarabağı işğaldan azad etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbədən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 25 may 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 174
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 226
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 202
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 514
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 661
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 589
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 122
.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22.04.2024 311
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 337